Goranboyda minik və yük avtomobilləri toqquşub, yaralılar var

Dərc olunub: 22/07/2018 - 21:45

qeza-yol-nishaniGoranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Xan Qərvənd kənd yolunda qeydə alınıb.

Belə ki, “VAZ-2107″ markalı avtomobillə “Ford” markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


loading...




Fikrinizi bildirin