Akşenerdən bəyanat – “Yenidən namizəd olacağam”

Dərc olunub: 22/07/2018 - 23:10

1-e1524230222850Meral Akşenerin sədri olduğu “İYİ” partiyası növbədənkənar qurultaya gedir.

Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, partiya 3 həftə içində qurultay keçirəcək.

Bununla bağlı açıqlama verən Akşener deyib ki, yenidən partiya sədrliyinə iddialıdır: “24 iyun seçkiləri ilə bağlı alınan nəticələrə görə cavabdeh mənəm, ona görə gərəyi nədirsə, o da olacaq. Partiya sədrliyinə yenidən namizəd olacağıma gəldikdə isə, o məsələdə problem yoxdur, yenidən namizəd olacağam”.








loading...


Fikrinizi bildirin