“Rusiya hərbi bazası Ermənistan üçün həyati əhəmiyyət kəsb edir” – Vitse-spiker

Dərc olunub: 22/07/2018 - 23:25

baza-ermesita-768x415“Rusiya hərbi bazasının Gümrüdə saxlanılması Ermənistan üçün həyati əhəmiyyət kəsb edir”.

Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın vitse-spikeri Eduard Şarmazanov Panik kəndi ətrafında baş verən insidenti şərh edərkən deyib.

Şarmanazovun sözlərinə görə, Rusiya ilə Ermənistan arasındakı əlaqələr bütün istiqamətlərdə — hərbi, siyasi, iqtisadi, mədəni və digər sahələrdə inkişaf etdirilməlidir: “Bunu Ermənistanın maraqları tələb edir”.

“Belə bir insidentin baş verməsinə görə təəssüflənirəm, lakin artıq Rusiya tərəfi məsələ ilə bağlı üzr istəyib. Hökumətin iclasında və bir sıra Rusiya KİV-ində səsləndirilən fikirlər ikitərəfli əlaqələrə zərbə vurur” – vitse-spiker vurğulayıb.

Ermənistanda olan 102-ci hərbi bazaya gəldikdə isə, parlamentin sədr müavini əmindir ki, baza Ermənistanın təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli amilllərdən biridir: “Onlar unudublar ki, Türkiyə Ermənistana təhlükə yaradır və unudublar ki, 4 günlük aprel döyüşləri zamanı Ermənistan əleyhinə 5 bəyanat səsləndirib? Bazanın olması həyati həmiyyət kəsb edir və bunun alternativi yoxdur”.

Qeyd edək ki, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbçiləri Şirak vilayətinin Panik kəndi ərazisində boş güllələrdən istifadə etməklə hərbi təlim keçiblər. Lakin baş verənlər yerli sakinləri qorxuya salıb.


loading...




Fikrinizi bildirin