Atatürkü təhqir edən qadın həbs olundu

Dərc olunub: 22/07/2018 - 23:35

248019_res_01Anıtkabırda Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü təhqir edən Safiya İnci həbs edilib.

Virtualaz.org yerli KİV-ə istinadla bildirir ki, Ankara Prokurorluğunun Media Cinayətlərini Araşdırma Bürosu Atatürkü təhqir edərək videonu sosial şəbəkədə paylaşan şəxsi saxlayaraq məhkəmə qarşısına çıxarıb.

Məhkəmə qadının barəsində həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Safiya İnci Anıtkabırda Mustafa Kamalın ünvanına nalayiq ifadələr işlədərək görüntüləri sosial şəbəkədə paylaşmışdı. İnsanların sərt təpkilərindən sonra qadın üzrxahlıq etsə də, prokurorluq ictimai etirazı nəzərə alaraq fakt üzrə cinayət işi açıb.


loading...




Fikrinizi bildirin