“Kapital siyasəti necə zəbt etdi?”

”The Guardian” qəzeti. müəllif – Slavoy Jijek

May ayında Dünya Bazarının yenidən qurulmasının hüququ əsasına xidmət edən beynəlxalq ticarət müqaviləsi imzalandı. Xidmətlər üzrə ticarətin razılaşdırılması mərasiminin o qədər də qapalı keçməməsinə baxmayaraq, bizim mətbuat bu haqqda demək olar ki, heç nə yazmadı. Bu susqunluq və sirlilik əldə edilmiş razılaşmanın böyük bir tarixi əhəmiyyəti olduğunu kəskin sürətdə kontraslaşdırır.

İyun ayında “Wikiliks” saytı müqavilə layihəsinin gizli tərəflərini dərc etmişdi. Bu, 50 ölkəni və xidmət üzrə dünya ticarətinin böyük hissəsini əhatə edir. Onun tətbiq etdiyi qaydalar transmilli maliyyə şirkətlərinin biznesinin genişlənməsini yüngülləşdirir və daimi baryerlərin yaranmasının qarşısını alır.

2007-2008-ci illərin malliyə böhranının məhz tənzimlənmənin çatışmaması ilə əlaqədər olaraq baş verməsinə baxmayaraq, tətbiq ediləcək yeni qaydalar maliyyə xidmətlərinin sərtləşdirilməsini qadağa edir. Bunlardan başqa ABŞ fəal şəkildə informasiyanın və o cümlədən də maliyyənin transsərhəd hərəkətinin tərəfdarı kimi çıxış edir. Ancaq bu barədə demək olar ki, danışılmır.

2008-ci ilin maliyyə çöküşünün günahkarları hal-hazırda vəziyyətin yaxşılaşdırılması istiqamətində özlərini ekspert kimi təqdim edirlər. İtaliyanın keçmiş baş naziri və iqtisadçı Mario Monti bildirir ki, ”parlament üzvləri idarə edənlərin əllərini tam olaraq bağlamamalıdır”. Bəs onda bu necə hakimiyyətdir ki, demokratik yolla seçilmiş xalq nümayəndələrinin qərarlarını üstələyə bilir? Buna hələ 1998-ci ildə “Deutche Bundesbank”-ın rəhbəri olmuş Hans Titmayer milli hökuməti tərifləyərək belə bir cavab vermişdi ki, onlar “qlobal bazarın daimi səsverməsini" “seçki qutusunun səsverməsindən” üstün sayırlar. Belə bir demokratik bəlağətin utanmaz bəyanatına diqqət edin - qlobal bazar parlament seçkilərindən daha demokratikdir. Budur bizdəki demokratiya - Ticarət xidmətləri üzrə müqavilə buna ideal nümunədir. Bizim iqtisadiyyatımıza aid olan əsas məsələlər demək olar ki, gizlincə müzakirə olunur və gizlincə də qərarlar verilir. Onlar addım addım kapitalın məhdudiyyətsiz hakimiyyəti üçün şərait yaradırlar. Buna müvafiq olaraq da demokratik yolla seçilmış siyasətçilərin hərəkət sahəsi getdikcə daralır. Despotik dövlət aparatının standart liberalizmi şəxsiyyət azadlığına böyük təhlükədir. Məhz elə belə səbəblərdən də ticarət xidmətləri üzrə müqavilə layihəsi "Wikiliks"in ciddi strategiyasına daxil edilir. ”Wikiliks” araşdırmalarına daha bir yenisi də əlavə olunacaq. Bu hər şeyə müdaxilə və nazərət edən kapitaldır. Çünki kapital getdikcə bizim sərbəstliyimizi daha zalım şəklə salır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar