Neftçalada otla dolu “KamAZ” yandı

Dərc olunub: 23/07/2018 - 00:09

248033_res_01Bu gün Neftçala rayonunun Xol Qarabucaq kəndində kənd sakini Zamiq Qafarovun idarə etdiyi otla yüklənmiş 90 MU 443 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını elektrik xəttinə ilişərək alovlanıb.APA-nın məlumatına görə, alov bürüyən yük avtomobili yoldan çıxaraq qaz kəmərinə çırpılıb.

Nəticədə kəndə qaz verilişi dayanıb. Yük avtomobili tamamilə yanıb. Alovun söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından mühafizə xidmətinin canlı qüvvəsi və avtomaşını cəlb olunub…

Virtualaz.org bildirir ki, hadisə ilə bağlı FHN də məlumat yayıb. Məlumatda deyilir ki, Neftçala rayonunun Xol Qarabucaq kəndində “KamAZ” markalı yük avtomobilinin yanar hissələri və banına yığılmış 14 ton ot bağlaması yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Alovun qarşısı yanğınsöndürən bölmələri tərəfindən alınıb.

Faktla bağlı araşdırma aparılır.








loading...


Fikrinizi bildirin