Polis “avtoş”luq edən “ağdamlı Faiq”i tapdı – VİDEO

Dərc olunub: 23/07/2018 - 00:20

1532286680_agdaSosial şəbəkələrdə avtoxuliqanlıq edərək canlı yayıma çıxan “ağdamlı Faiq” tapılıb.

“AzPolitika”nın xəbərinə görə, hadisə ilə bağlı Ağdam rayon Yol Polisi Şöbəsindən Avtosfer.az-a bildiriblər ki, sözügedən şəxslə bağlı məlumat efirə gedəndən 10 dəqiqə sonra həmin şəxs aşkarlanıb. Onun barəsində toplanmış materiallar Ağdam rayon məhkəməsinə göndərilib.

Sabah (həftənin bazar ertəsi) sürücü barədə məhkəmə qərar qəbul edəcək.

Qeyd edək ki, sürücü və atası Ağdamda kondisioner ustasıdır. O, bu hərəkətlərini çılğınlıq adlandırıb və “cavanlıq” etdiyini deyib.








loading...


Fikrinizi bildirin