Rusiyada 30 yaşlı azərbaycanlı faciəvi şəkildə ölüb

Rusiyanın Leninqrad vilayətində 30 yaşlı Azərbaycan vətəndaşı faciəvi şəkildə ölüb.

APA-nın Rusiya bürosunun məlumatına görə, bədbəxt hadisə iyulun 22-də Leninqrad vilayətinin Vsevolojsk rayonunda baş verib. Rayonun Aqalatovo kəndində 25 metrlik quyuya suvaq vuran azərbaycanlı gəncin halı qəflətən pisləşib. Huşunu itirən həmyerlimiz suya düşüb. Hadisə yerinə xilasedicilər gələnə kimi azərbaycanlı gənci bir nəfər xilas etməyə çalışıb. Lakin quyuya düşən həmin şəxs də huşunu itirib.

Hadisə yerinə gələn Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri azərbaycanlı gəncin cəsədini quyudan çıxarıblar. Məlum olub ki, həmyerlimizin ölümünə səbəb quyunun dərinliyində qaz kütləsinin toplanması olub.

635x100

Şərhlər

AYZEK 2018-07-23 10:04:53

NƏ İSƏ RUSİYADA FACİƏSİZ ÖLƏN HƏMYERLİLƏRİMİZƏ RAST GƏLMƏDİK.

Son yazılar