“Kürdlər Suriyadakı münaqişənin nizamlanmasında iştirak etməlidirlər” - Pompeo

“Suriya Demokratik Qüvvələri” tərəfindən İŞİD-dən azad edilən Suriyanın şimal-şərq bölgələrinin sakinləri vətəndaş müharibəsinin nizamlanması prosesində iştirak etməlidirlər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Mayk Pompeo deyib.

“Suriya münaqişəsinin davamlı nizamlanmasına nail olmaq üçün BMT və tərəfdaşlarımızla birgə çalışmaqda davam edəcəyik. Davamlı nizamlanma bütün suriyalıların, o cümlədən Suriyanın İŞİD-dən azad olunmuş şimal-şərq bölgələrinin sakinlərinin tam təmsil edilməsini nəzərdə tutur”, - deyə M.Pompeonun bəyanatında bildirilir.

Pompeonun bəyanatı Suriyanın Daşiş yaşayış məntəqəsinin “Suriya Demokratik Qüvvələri” tərəfindən azad olunması ilə əlaqədar yayılıb.

Əsasən kürd silahlılarından ibarət “Suriya Demokratik Qüvvələri” ABŞ tərəfindən aktiv dəstəklənir.

635x100

Şərhlər

t.ədalət 2018-07-23 10:06:25

ABŞ bu yazıq kürdləri "dəstəkləyə-dəstəkləyə" ölümün içərisinə atıb məhv edir.Təəssüf ki ABŞ-ın və yəhudilərin şəxsi maraqlarının qurbanına çevrilən kürdlər nəticəsiz keçmişdən nəticə çıxara bilmirlər..

Son yazılar