Həsən Həsənov Kəlbəcərdən əvvəl Cəbrayıla gedib - Video

O, Kəlbəcərdən əvvəl Cəbrayılın Cocuq Mərcanlı kəndinə gedib

Ermənilərin Kəlbəcərdə öldürdüyü Cəbrayıl rayon sakini Həsən Həsənoun Cəbrayıl rayonundan çəkdiyi görüntülər yayılıb.

Iyulun 11-də Kəlbəcərdə girov düşərək öldürülən Həsən Həsənovun Kəlbəcərdən əvvəl, doğulub boya-başa çatdığı Cəbrayıl rayonuna getdiyini əks etdirən videogörüntü yayılıb. O, işğal olunmuş Cəbrayılın doğma Mehdili kəndi ilə qonşuluqda yerləşən Cocuq Mərcanlı kəndinə səfər edərək orada video-çəkiliş həyata keçirib.

Qeyd edək ki, 1993-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilən bu kənd Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı erməni işğalından azad olunub və hazırda rayonun təmas xəttində yerləşən və ordumuzun tabeçiliyində olan yeganə yaşayış məntəqəsidir.

Xatırladaq ki, 3 azərbaycanlı iyulun 11-də Kəlbəcərdə girov düşüblər. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu müqavimət göstərdiyi üçün öldürüb. Ermənilər hər 3 azərbaycanlını diversant kimi təqdim edirlər. /ANS

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar