Lənkəranda hamilə qadın ölüb

Lənkəranda 20 yaşlı hamilə qadın dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, Lənkəran şəhər sakini, 1998-ci il təvəllüdlü Günay Ümüd qızı İbrahimova 16 həftəlik hamilə olub. İlkin məlumata əsasən o, evdə hamiləliyinin ləğv etmək üçün dərman qəbul edib.

Dərman qadına və onun bətnində olan uşağa mənfi təsir edib. Xəstəxanaya müraciət etdikdə isə artıq gec olub. Nəticədə hər ikisi xəstəxanada dünyasını dəyişib.

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar