İrəvan rus qoşunlarını qovur: Nazir təsdiqlədi, amma...

Ermənistandakı Rusiya sərhəd qoşunlarının statusuna yenidən baxıla bilər. Bunu İrəvanda jurnalistlərə açıqlamasında Ermənistan Müdafiə naziri David Tonoyan deyib.

“Zamanla imzalanan sənədlərdə problemlər yaranır və onlarda hüquqi dəyişikliklərə ehtiyac olur. Bu dəyişikliklər ediləcək”, – deyə o bildirib.

Axar.az xəbər verir ki,o, dəyişiklikləri xüsusilə Rusiya hərbçilərinin iştirakı ilə Ermənistanın Panik kəndində yaşanan insidentin sürətləndirə biləcəyini deyib.

Tonoyan dəyişikliklərin məhz nədən ibarət olacağını açıqlamayıb. Lakin Ermənistan rəhbərliyinin belə sərt açıqlamasına təkzib özünü çox gözlətməyib.

Tonoyanın açıqlamasından bir qədər sonra “İnterfaks” agentliyinə açıqlama verən Ermənistan Müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan İrəvanın Rusiya sərhəd qoşunlarının statusuna baxmaq niyyətində olmadığını açıqlayıb. O, nazirin yalnız Rusiya bazası haqqında razılaşmada hüquqi dəqiqləşdirmələr aparılması gərəkdiyini bildirib.

Qeyd edək ki, Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102-ci hərbi bazanın əsgərlərinin “KamAz” yük avtomobilləri ilə kəndə girərək avtomat silahlardan havaya atəş açması işğalçı ölkə ilə Rusiya arasında qalmaqala səbəb oldu. Rusiya hərbçiləri kəndə qəflətən girərək yerli sakinlərin başlarının üstündə atışma təşkil edilər. Ermənistanın bəzi nəşrlərinin yazdığına görə, insanlar təlaş içində öz evlərində gizlənməyə başlayıblar, küçələrdən oynayan uşaqlar isə şok vəziyyətinə düşüblər.

Rusiya tərəfinin açıqlamasına görə, 102-ci bazanın hərbi qulluqçuları təlimlər keçirirdilər. Lakin erməni KİV-i təlimlərin bu formada keçirilməsinin yolverilməz hesab edib və buna etiraz bildiriblər.

Ermənistan KİV-inə görə, erməni kəndinin “işğalı” hakimiyyətə gələndən sonra qərbpərəst siyasətini gizlətməyən baş nazir Nikol Paşinyana Kremlin mesajı olduğu istisna edilmir. Rusiyanın sərhəd qoşunlarının statusu haqqında müqaviləyə dəyişikliklərin edilməsinə cəhd isə Moskvanın nəinki daha sərt mesajlarını, hətta konkret cavab addımlarını özü ilə gətirə bilər.

“Kommersant” qeyd edir ki, Rusiyanın sərhəd qoşunlarının statusuna yenidən baxılması haqqında David Tonoyanın bəyanatı Ermənistanda müstəqillik illərində Rusiya hərbçilərinin ünvanına ən sərt fikir oldu.

Qeyd edək ki, Türkiyə (280 kilometr) və İranla (42 kilometr) Ermənistanın dövlət sərhədinin mühafizəsi sistemi SSRİ vaxtlarından qalıb. Rus sərhədçilərinin Türkiyə və İran sərhədində xidməti 1992-ci ildə Rusiyanın sərhəd qoşunlarının statusu haqqında dövlətlərarası müqavilə ilə tənzimlənir. Ermənistanda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd idarəsinin 4 sərhəd dəstəsi - Gümrü, Armavir, Artaşat və Mehri, həmçinin "Zvartnos” İrəvan beynəlxalq aeroportunda ayrı nəzarət buraxılış məntəqəsi fəaliyyət göstərir.

Ermənistanda Rusiya sərhədçilərinin (təxminən 4,5 min) saxlanılması bərabər şəkildə iki dövlətin hökumətləri tərəfindən təmin olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar