Axtarışda olan Azərbaycan vətəndaşı Rusiyada saxlanılıb
Baxiş sayı:
Dərc olunub:
23/07/2018 - 11:35
Rusiyanın Kazan şəhərindəki hava limanında beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı saxlanılıb.
"Report" xəbər verir ki, məlumatı Rusiya Federal Təhlükəsizlik Xidmətinin Tatarıstan üzrə Baş İdarəsinin mətbuat xidməti yayıb.
Ad-soyadı açıqlanmayan 30 yaşlı Azərbaycan vətəndaşının oğurluqda şübhəli bilindiyi açıqlanıb. O, Tbilisiyə uçmağa çalışarkən saxlanılıb və ekstradisiya prosedurunun həyata keçirilməsi üçün polisə təhvil verilib.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.