Türkiyədə gərgin siyasi həftə - Video

Prezident seçkisi öncəsi namizədlərin gücləri necə hesablanır?

Türkiyə prezident seçkisinin tam astanasındadır. Seçki günü yaxınlaşdıqca namizədlərin bir-birinə qarşı işlətdiyi ifalədər də kəskinləşir. Hələlik ölkə cəmiyyətində daha məhşur olan Rəcəb Tayyib Ərdoğan İslam dünyasının yaxından tanıdığı Ekmeləddin İhsanoğlunu Qəzza hadisələrində təqsirləndirir. O, hesab edir ki, İhsanoğlu İslam Konfransında çalışdığı müddətdə münaqişənin həlli üçün müsbətə doğru heç bir addım atmayıb. İhsanoğlunun isə siyasətdə rəqiblərindən zəif olduğu, elə indidən görünür. O, sadəcə gəlin bir-birimizə qarşı kobud davranmayaq ifadəsini işlədir. Kürdlərin namizədi olan Səlahəddin Dəmirtaş isə daha çox Ərdorğanı tənqid edir.

ANS TV-nin Türkiyə bürosu “Prezident seçkisi öncəsi namizədlərin gücləri necə hesablanır?” sualına cavab tapmağa çalışıb:

“Bu gün Türkiyədə Ramazan ayının son günüdür. Sabah isə Ramazan bayramıdır. Sabah səhər bayram namazlarını qılındıqdan sonra, aktiv yeni bir həftəyə start veriləcək. Yeni həftə isə Türkiyədə seçkilərlə yadda qalacaq ki, bu seçkilərdə - Türkiyə tarixində ilk dəfə olaraq xalq tərəfində seçiləcək prezident seçkisi olacaq. Bu seçkilərdə 3 namizəd mübarizə aparacaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar