Mikroavtobus avtomobillə toqquşub - Ölən var

Bərdə rayonunda sərnişin daşıyan mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Alaçadırlı kəndi ərazisində baş verib.

"Mercedes" markalı mikroavtobusla "VAZ 2107" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobili idarəetməni itirərək yol kənarında yerləşən elektrik dirəyinə deyib. Qəza zamanı "VAZ 2107"in sürücüsü hadisə yerində ölüb.

Hadisə zamanı yüksək gərginlikli elektrik xətti qırıldığindan bir neçə kəndə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar