Bakıda qız binanın damından özünü atdı

Dərc olunub: 23/07/2018 - 13:14

intihar-binaBakı şəhərində intihar hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, ev 5 ünvanında qeydə alınıb. 1991-ci il təvəllüdlü Şəbnəm Xaləddin qızı Rzayeva hündürmərtəbli binanın damından özünü atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Fatla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.


loading...




Fikrinizi bildirin