“Azərbaycanın təqdim etdiyi dərsliklər təhsil sistemimizin standartlarına uyğun deyil” - Ombudsman

"Azərbaycan və Ermənistan tərəfinin Gürcüstana təqdim etdiyi dərsliklər ölkənin təhsil sisteminin standartlarına uyğun deyil".

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstan Ombudsmanının 2017-ci il üzrə insan haqları və azadlıqlarına dair hesabatında deyilir.

Sənəddə qeyd olunub ki, Ermənistan bu yaxınlarda 12 illik təhsil sisteminə keçib: “Azərbaycanda isə 11 illik təhsil sistemi davam edir. Bu o deməkdir ki, Azərbaycanda 12-ci sinif üçün nəzərdə tutulmuş dərsliklər yoxdur. Azərbaycandilli məktəblər üçün Azərbaycanın göndərdiyi dərsliklər məktəblərdə təhsil prosesinə mənfi təsir göstərir”.

Ombudsman Gürcüstanın Təhsil və Elm Nazirliyinə Azərbaycan və erməni dilində dərsliklərin ölkədə çap olunması ilə bağlı tövsiyələr verib.

Qeyd edək ki, son illər Azərbaycan Gürcüstanın Azərbaycandilli məktəblərini dərsliklərlə təmin edir. Son 4 ildə Azərbaycanın Təhsil Nazirliyi Gürcüstanın Azərbaycandilli məktəbləri üçün ümumi sayı 73 805 ədəd olan “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliyi və müəllimlər üçün metodik vəsaitlər təqdim edib.

635x100

Şərhlər

t.ədalət 2018-07-23 16:32:13

Təhsil naziri mühasib olanda,dərsliklər də oyuncaq olacaq.

Son yazılar