Türkiyədə ödəniş edib əsgərliyə getməmək mümkün olacaqmı?

Dərc olunub: 23/07/2018 - 17:03

turkish_army_211011Türkiyə vətəndaşları ödəniş müqabilində hərbi xidmət keçməkdən imtina edə bilərlər.

Trend-in məlumatına görə, bu gün Türkiyə parlamentində müvafiq ödəniş əsasında hərbi xidmət keçməkdən imtina məsələsi müzakirə olunacaq.

Yeni qanun layihəsi 1993-cü il dekabrın 31-dək anadan olan Türkiyə vətəndaşlarının 21 min lirə ödəməklə hərbi xidmətdən azad edilməsinə imkan verir. Bununla belə, 21 gün hərbi xidmətdə olmaq mütləqdir.

Qeyd edək ki, bundan əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan həmin məsələnin seçkilərdən sonra gündəmə çıxarılacağını demişdi.


loading...




Fikrinizi bildirin