ELDAR ƏZİZOVUN TƏYİNATI İLƏ BAĞLI AÇIQLAMA - "1-ci müavin vəzifəsinə aparılmayıb"

Xəbər verdiyimiz kimi, bu yaxınlarda Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) gətirilib.

Xəbərin yayıldığı ilk günlərdə E.Əzizovun başçının I müavini postuna gətirildiyi bildirilirdi.

Amma bu gün BŞİH-in rəsmi saytında E.Əzizov başçının müavini kimi təqdim olunub.

Modern.az dəqiqləşmə aparmaq üçün BŞİH-nin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova ilə əlaqə saxlayıb.

Nailə Məmmədova açıqlamasında bildirib ki, rəsmi saytdakı təqdimat doğrudur: “Eldar Əzizov birinci müavin yox, başçının müavini təyin edilib. O, eyni zamanda başçının səlahiyyətlərini icra edir”.

Eldar Əzizov 1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonunun komsomol komitəsinin birinci katibi, 1987-ci ildən isə Bakı şəhər komitəsinin birinci katibi vəzifələrində çalışıb. 1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilib. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyib. 1990-cı ildə Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilib.

1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışıb.

2000-ci ilin iyun ayından Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 2003-2011-ci illərdə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı vəzifəsində işləyib. 2011-2015-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı olub.

2015-ci ilin sentyabr ayında Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

Azərbaycan Prezidentinin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.

635x100

Şərhlər

Zaur 2018-07-23 17:56:25

Çal aşıq, çal! Komsomolun canı...

G.M 2018-07-23 17:56:25

Deməli komsomolçular və kommunistlər əsil demokratlar imişlər.Bütün vacib sahələrə keçmiş kommunist və komsomolçular rəhbərlik edirlər.Daha doğrusu Yeni Azərbaycançıların əksəriyyəti əsgi cəbhəçi və komsomolçulardılar.Onda sual olunur ki,Ə.Elçibəyin dəstəsi rus ordusunu Azərbaycandan necə çıxardıblar.

antiAbu 2018-07-23 17:56:25

Bakı şəhər İcra Hakimiyyətində kök salmış rüşvətxorlar, Bakını bu hala salmış yaramazlar bu cür informasiyalarla özlərinə təskinlik verməsinlər. Onların fəaliyyəti hökmən araşdırılacaq və bu yaramazlar layiq olduqları cəzanı alacaqlar, onların əmlakları hökmən müsadirə olunacaq. Mən, bu yaramazlardan fərqli olaraq, Eldar müəllimə işlərində böyük müvəffəqiyyət arzulayıram və inanıram ki, onun rəhbərliyi altında Bakı, baş Plan əsasında inkişaf etdiriləcək, turistlər üçün cəlbedici şəhər olacaq.

t.ədalət 2018-07-23 17:56:25

Rusiyanın Azərbaycandakı nomenkulaturasıdır.Bu kadrlara məhəbbət onu göstərir ki,Metex qalasındakı kimi bayraqlar dəyişir,məzmun dəyişmir.Yəni, Metex qalası elə həbsxana olaraq qalır.Belə çıxır ki,biz müstəqil olsaq da kadrlar elə Rusiyanınkı kimi qalır..

Son yazılar