"ABŞ və İran fikir ayrılıqlarını tənzimləməlidir" - Çindən bəyanat

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikasının (ÇXR) xarici işlər nazirliyinin (XİN) rəsmi nümayəndəsi Qen Şuan İran və ABŞ rəhbərlərinin qarşılıqlı hədələrini şərh edib. O,  bazar ertəsi brifinqdə ümid etiyini bildirib ki, Vaşinqtonla Tehran qarşılıqlı fikir ayrılıqlarını dinc və bərabərhüquqlu dialoq vastəsilə yoluna qoya biləcək.

«Bizim dəyişməz mövqeyimiz ondan ibarətdir ki, bütün ölkələr ikitərəfli münasibətləri inkişaf etdirməlidir. Meydana çıxan problemləri, fikir ayrılıqlarını dinc yanaşı yşamağın 5 prinsipinə və hamı tərəfindən qəbul olunmuş digər beynəlxalq normalara  əsaslanan bərabərhüquqlu danışıqlar yolu ilə həll etməlidirlər» - deyə, diplomat bəyan edib.

Bundan əvvəl, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp və İranın Prezidenti Həsən Ruhani bir-birini qarşılıqlı ittiham ediblər. İran lideri Trampa «odla oynama» çağırışı edib və bildirib ki, «İranın gücü - qarşıalmaya yetərlidir», ölkə «heç kimlə döyüşmür və vuruşmur».

Bunun cavabında, ABŞ lideri Tehrana «bundan sonra heç vaxt ABŞ-a hədə-qorxu gəlməmək çağırışı edib və bildirib ki, əks təqdirdə, İran öz tarixi boyunca heç vaxt görmədiyi nəticələrdən əzab çəkəcək».

Ruhani sözügedən bəyanatı ABŞ dövlət katibinin sözlərinə cavab olaraq verib. ABŞ dövlət katibi bildirmişdi: "ABŞ öz müttəfiqlərini inandırmağa çalışacaq ki, onlar noyabrın əvvəlindən başlayaraq, İrandan neft almağı dayandırsınlar".

Bundan başqa, ABŞ-n maliyyə naziri Stiven Mnuçin qeyd edib ki, Birləşmiş Ştatlar Rusiyaya, Çinə və ya İrandan neft almağı davam etdirəcək  digər ixtiyari ölkəyə qarşı sanksiya tətbiq etməyə hazırdır. Pompeo bəyan edib ki, İranın neft sektoruna yönəlik sanksiyalar noyabrın 4-dən fəaliyyətə başlayacaq. Bu tarixdən sonra, İrandan neft alınması sanksiyaların tələblərinin pozulması demək olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar