Göyçayda meşə sahəsi yanır

Göyçayda “Surxay qalası” adlanan dağlıq ərazidə və meşə sahəsində yanğın başlayıb. Rayonun Ərəbcəbirli kəndi ərazisində dağlıq ərazidə başlayan yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay və Ağdaş Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, həmçinin meşə mühafizəçiləri cəlb edilib.

Artıq 2 hektar ərazidə ağaclar, quru ot və kol-kos yanıb. Yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir. (APA)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar