ABŞ kəşfiyyatı yeni peyk görüntüləri yaydı - FOTO

ABŞ kəşfiyyatı iyulun 27-də Rusiya ordusunun Ukrayna qüvvələrini raket atəşinə tutumasına dair fotolar yayıb. ABŞ Milli Kəşfiyyat idarəsi rəhbərinin adından yayılan fotolar iyulun 21-26-da çəkilən peyk görüntüləridir.

Yayılan rəsmi məlumatda deyilir ki, Rusiya ərazisindən Ukrayna ordusunun mövqeləri davamlı şəkildə Qrad raketləri və özüyeriyən artilleriya qurğularından atəşə tutulur.

Həmin fotoları təqdim edirik:

[caption id="attachment_43794" align="aligncenter" width="640"]

Ukrayna ərazisinə qrad qurğularından atəş açılır (25-26 iyul) Bu fotoda Rusiya ilə Ukraynanın sərhədi qırğızı xətlə işarələnib. Sağ tərəfdən – Rusiya ərazisindən atılan Qrad raketləri xəttin solunda – Ukrayna ərazisində yerdə çuxurlar yaradıb.[/caption]

[caption id="attachment_43795" align="aligncenter" width="640"]

Ukrayna qüvvələrinə qarşı artilleriya atəşləri (23 iyul 2014) Bu şəkildə Rusiya ərazisindən özüyeriyən artilleriya qurğuları vasitəsilə Ukrayna ordusunun mövqelərinin atəş tutulduğu əksini tapır. Ukrayna ordusunun mövqeləri yaxınlığında əmələ gələn çuxurların xarakteri onların həmin artilleriya mərmilərindən meydana gəldiyini deməyə əsas verir.[/caption]

[caption id="attachment_43796" align="aligncenter" width="640"]

Ukrayna ərazisinin artilleriya atəşinə tutulması (23 iyul 2014) Bu şəkildə işarələnmiş yer Ukrayna ordusunun mövqelərindən bitridir. Foto Rusiyadan artilleriya atəşindən əvvəl və sonrakı vəziyyəti əks etdirir.[/caption]

[caption id="attachment_43797" align="aligncenter" width="640"]

Ukrayna ərazisinin Qrad raketləri ilə atəşətutulması (21 iyul 2014) Bu foto isə Rusiya ərazisindən Ukrayna ordusunun mövqelərinin Qrad raketləri ilə atəşə tutulmasını əks etdirir.[/caption]

Hələlik bu fotolara Rusiya tərəfdən bir reaksiya məlum deyil, amma Moskva tez-tez Ukraynanın şərqində silahlı separatçılara dəstək verməsinə dair ittihamları rədd edir.

Bu ilin yazında Rusiya Ukraynanın Krım yarımadasını özünə ilhaq edəndən sonra Ukraynanın şərq vilayətlərində də Rusiyameyilli seaparatçılar böyük şəhərləri zəbt ediblər. Onlar ilk günlər Rusiya ilə birləşmək tələbləri səsləndirsələr də sonradan orada müstəqil respublikalar yaratdıqlarını elan ediblər. /AzadlıqRadiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar