"İŞİD-in məhv edilməsi Tramp üçün prioritet olaraq qalır" - Pompeo

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo Suriya ilə bağlı bəyanat verib. Bildirib ki, Suriyadakı vətəndaş müharibəsinin tənzimlənməsi prosesində, «Suriya demokratik gücləri» (SDG) tərəfindən ölkənin şimal-şərqinin «İŞİD» terrorçu qruplaşmasından azad olunmuş ərazilərinin sakinləri də iştirak etmədlidirlər.

«Biz, Suriya tənzimləməsinin dayanıqlığı üçün Birləşmiş Millətlər Təşkilatı (BMT) və bizim həmkarlarımızla işləyəcəyik. Bu tənzimləmə prosesi bütün suriyalıların tam iştirakını, o cümlədən, ölkənin şimal-şərqinin sakinlərinin iştirakını təmin etməlidir. Bu bölgə, «İŞİD» adlı qruplaşmanın işğalından sonra bərpa mərhələsinə qədəm qoyub» - deyə, Pompeo bəyan edib. Bəyanatı ABŞ dövlət departamentinin mətbuat xidməti yayıb.

«İraqın azad edilməsi və Suriyada İŞİD-in itkiləri - bu, böyük nailiyyətdir, amma bizim missiyamız hələ başa çatmayıb. İŞİD-in məhv edilməsi prezident Tramp və onun administrasiyası üçün prioritet olaraq qalır» - bəyanatda qeyd olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar