TAĞI ƏHMƏDOVUN QARANLIQ ƏMƏLLƏRİ VƏ... - Çovdarov şefini necə xilas etdi?

"O, metro üçün işlənmiş mikrosxemləri avtobusda xüsusi hazırlanmış gizli saxlanc yerində ölkəyə gətirirdi"

"Çovdarovun Tağı Əhmədovu ifşasından sonra Eldar Mahmudov barəsində xüsusi qərardad çıxaranların peşman olması da istisna deyil"

Milli Təhlükəsizlik Nazirliyinin ləğvi ilə sonuclanan “MTN işi”nin, bu sistemdəki təmizləmələrin başlamasından 3 ilə yaxın vaxt keçir. 2015-ci ilin oktyabrında Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırılandan sonra aparılan istintaq, məhkəmə işləri də olub-bitib. Eldar  Mahmudovun generalları, onun tapşırıqlarının sözsüz icraçıları olan əlaltıları məhkəmə qarşısına çıxarılıb və cəzalandırılıblar.  Sabiq nazirin özü isə məsuliyyətdən kənarda qaldı. Eldar Mahmudov nazir postunu itirsə də, zəifləmiş duruma gətirilsə də, özünü həbsdən qoruya bildi. Bundan başqa “MTN işi” üzrə məhkəmə proseslərində belə “Eldar Mahmudov xofu” hiss olunurdu. Eldar Mahmudov məhkəmələrdə sanki hakimlərlə sabiq  əlaltılarının arasında dayanırdı. Ötən ilin bu günlərində Bakı Hərbi Məhkəməsində, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmışdı. H

akim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilməsi haqda hökm verib, onun polkovnik rütbəsindən məhrum edilməsi ilə bağlı da xüsusi qərardad çıxarıb. Bundan başqa, məhkəmə sabiq nazir Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlam Şıxəliyev barəsində cinayət işinin başlanması üçün zərərçəkmişlərin şikayəti əsasında prokurorluğa təqdimat göndərib. 1 il əvvəl göndərilən xüsusi qərardadın harada olması, məhkəmənin yolladığı xüsusi qərardad üzrə prokurorluqda hansı addımların atılması bilinmir...

Belə bir qərardadın çıxarılmasına əslində heç bir zərurətin olmamasını E.Mahmudov, M.Şıxəliyev haqda kifayət qədər ciddi ittihamların, faktların ortada olması sübut edir. Başqa sözlə desək, E.Mahmudovun ətrafını məhkəmənin xüsusi qərardadı ilə həbs etməyiblər. Əməliyyat keçirilib və onun ətrafında olanlar həbsə alınıblar.

Картинки по запросу Eldar mahmudov mövlam şıxaliyev

Yada salaq ki, V.Ələkbərovun məhkəməsində E.Mahmudov və M.Şıxəliyev barəsində xüsusi qərardad çıxarılandan sonra Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimləri Akif Çovdarov və digərilərinin işi üzrə prosesdə çox böyük narahatlıq keçirməyə başladılar. Səbəb isə o idi ki, A.Çovdarov aylardır davam edən sükutu pozub aksenti dəyişmişdi. O, üstüörtülü, işarəli danışmaq taktikasına keçmişdi.

MTN işi üzrə zərərçəkənlərdən olan  “Bakı Metropoliteni”nin keçmiş rəisi Tağı Əhmədovla bağlı epizod “mahmudovçu” general üçün bildikləri mübhəmləri ortaya tökmək meydanı açmışdı.

İttihama görə, Çovdarov hədə-qorxu ilə Tağı Əhmədovdan 3 milyon pul alıb.

Akif Çovdarov Tağı Əhmədov epizodu üzrə 2017-ci il iyulun 10-na qədər keçirilən proseslərdə ümumi danışırdı. Məsələn iyunun 21-də keçirilən prosesdə T.Əhmədov ifadə vermiş, bundan sonra A.Çovdarov ona yönəlik fikirlərini açıqlamışdı.

Sitat: “Tağı Əhmədov, düz danış. Mən 8 il sənin kuratorun olmuşam. Bir dəfə də olsun ki, səninlə aramda telefon danışığı olmayıb”.

Bundan sonra hakim T.Əhmədova prosesdən uzaqlaşmağa şərait yaratmışdı. Və ümumi fikirlərlə proses davam etmişdi.

E.Mahmudovun barəsində məhkəmə xüsusi qərardad çıxarandan sonra isə A.Çovdarov Tağı Əhmədov epizodu üzrə olduqca sensasion fikirlər açıqladı. Bu ötən il iyulun 12-nə keçirilən prosesə təsadüf etdi.

Картинки по запросу Akif Çovdarov Tağı Əhmədov

Sitat:  “Dövlət rəhbərliyi metropolitenin fəaliyyəti ilə bağlı ətraflı araşdırma aparılmasını tapşırmışdı. Biz də apardıq. Araşdırma zamanı məlum oldu ki, metrostansiyalarda aparatlar elə qurulub ki, hər 4 jetondan biri qeydiyyatdan keçməyib. Onun pulu Tağı Əhmədovun cibinə gedib. Hər 4 jetondan birini əldə etməklə, aya 300 min manat pul mənimsəyib”.

MTN-in Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş general Akif Çovdarov iyulun 12-də məhkəməsində bunları dedi və dayanmadı.

Sitat: “Tağı Əhmədov burada dindiriləndə deyir ki, ildə obyektlərin icarəsindən yığılan 120 min manat pul verib dövlətə... Biz araşdıranda məlum oldu ki, metro stansiyalarının çıxışlarında 1200 obyekt var. Onlar 2007-ci ilə qədər Bakı şəhər İcra Hakimiyyətinin balansında olub, sonradan “Bakı Metropoliteni”nin balansına keçib. Həmin obyektlərin aylıq icarəsi 200 dollardan başlayaraq, 3 min dollara qədər olub. Yəni obyektin həcmindən, yerindən asılı olaraq. Onlardan 3 aylıq icarə haqqı əvvəldən alınıbmış. Yeni rəhbərlik də gələn kimi o obyektləri ləğv eləmişdi. Ona görə də adamlar pullarını tələb edirdilər. Həmin obyektlər də Tağı Əhmədovun hakim oğlu Rauf Əhmədovun yaxın dostları arasında bölüşdürülmüşdü. Tağı Əhmədov burada dindiriləndə deyir ki, ildə obyektlərin icarəsindən yığılan 120 min manat pul verib dövlətə. Əgər 1200 köşkün icarəsi 120 min edirsə, belə çıxır ki, hərəsini 8 manat 50 qəpiyə icarəyə vermişdi? Halbuki, adamlardan alınmış 3 aylıq icarə pulu 5 milyondan çox idi”.

A.Çovdarovun bundan sonra dedikləri T.Əhmədovun çoxsaylı, qiyməti milyonlarla ölçülən mal-mülkündən, övladını Xarici İşlər Nazirliyinə yerləşdirib onun vasitəsi ilə ölkədən pul çıxarması və s. haqda oldu.

Ən ilginc məqam isə A.Çovdarovun dilindən söylənən bu fikirlər idi.

Sitat:  “Mən bilirdim ki, Tağının arxasında kim var, ona görə də bu məsələnin üstünə getmədik. Tağı Əhmədov 3 milyon yox, 15 milyon da versə idi, mən onu bağlaya bilməzdim. Tağı Əhmədovun arxasında kimin olduğunu da onun daha əvvəlki işində bildik. O, metro üçün işlənmiş mikrosxemləri avtobusda xüsusi hazırlanmış gizli saxlanc yerində ölkəyə gətirirdi. Biz həmin avtobusu nəzarətə götürdük. Sürücü bizim onu izlədiyimizi bildi, onu saxlamaq istəyəndə işçimizin birini avtobusla vurdu, o, xəsarət aldı. Sumqayıt postunda sürücünü saxladıq, məsələni rəhbərliyə məruzə edəndə bizə dedilər ki, Tağı Əhmədovla işiniz olmasın”.

A.Çovdarov bu fikirləri T.Əhmədovla bağlı epizod üzrə keçirilən əvvəlki proseslərdə deyə bilərdi. Amma danışmırdı. Çünki onun keçmiş şefinin ayağanı tapdayan yox idi. Eldar Mahmudov barəsində çıxarılan xüsusi qərardad da əslində ayaq tapdamaq deyildi. Ayaq tapdamağa hazırlıq idi. A.Çovdarovun ifasında verilən qarşılıqdan sonra hazırlığa qərar verənlərin peşman olması da istisna deyil. Xüsusi qərardadın taleyi isə verilən andan bəlli idi. Fakt ondan ibarətdir ki, həmin qərardad artıq “tozlu arxiv” sənədinə çevrilməkdədir...(musavat.com.)

635x100

Şərhlər

emin 2018-07-24 10:20:08

MTN in legvi ile olkede herc merclik baw aldi . bezi quvvelerin meeqswdi ele bu idi. olkede iwiqlar sondu alov qullede ermeni bayragi asildi...

Poçdalуon 2018-07-24 10:20:08

Hər sozçü hansısa naməlum həqiqəтi əhaliə çaтdırmaq isтəуir! Bununla belə, bəzən dogrudan уaуındırma сəhdi hiss olunur. Gecikmiş bu xəbəri məhkəməsiz oуrənək. Meтro keçidinin icarə pulları hara odənir? Тuтaq ki, MТN уoxdu. Axı, orada çalışanların "adamları" bunları gorüb-bilir...

EWDER 2018-07-24 10:20:08

HAY NAYNAN ...VAY VAYNAN...BUDUR ANALOQSUS INKIWAF.....ONLAR BU ADI DOQRUTDULAR.WIROKO WAQAYET AZERBIJAN....URA TOVARIWI.

TALİS 2018-07-24 10:20:08

ARİFİN OĞLU RAUFUN QƏZƏTƏSİ SAYİLAN GUYA MUXALİFƏT MUSAVAT MTN BARƏDƏ YALNİZ DEZİNFORMASİYA İLƏ MƏSXULDUR. O Kİ QALDİ BU QURUMDA BAS VERƏNLƏRƏ TƏBİİ Kİ COX İLGİNC MƏLUMATLARA MALİKDİRLƏR. SİXSALAR COX SEYLƏRİN USTÜ ACİLA BİLƏR.

EMİN 2018-07-24 10:20:08

arifoğlu sen calis gəncədə iki yuksək rutbəli polisin amansizliqla oldurulməsindən danis ya? .....

Azərbaycanlı 2018-07-24 10:20:08

TağıƏhmədov da yapçıdır? Bu partiya üzvləri niyə belədir?

G.M 2018-07-24 10:20:08

Xalqın malını yemək hələ heç kimə nəsib olmuyub..Ancaq,geci-tezi var.İkincisi də Tağının özü həmişə etraf edib ki,`kasıb birisi olub.Metroya rəis olandan,çıxana qədər əldə elədikləri hamısı ..... qazanılan əmlakdır...

Àli WIRINOV 2018-07-24 10:20:08

.....hani mahkamanin xususi qarardadi,hani sanin subutlarin....? .... Malumatin olsun ki hakumin bela bir qarari olmayib ay yaziq.....

Son yazılar