Rumıniya klubu Azərbaycan Kubokunun qalibinə təklif göndərib

“Keşlə”nin futbolçusu Sezar Meza Kolli Rumıniyanın “Universitatya Krayova” klubundan təklif alıb.

Bu barədə “Report”a paraqvaylı yarımmüdafiəçinin meneceri Kamil Məmmədov məlumat verib. O, bildirib ki, Rumıniyanın yüksək dəstəsində çıxış edən komanda 27 yaşlı legionerin xidmətində maraqlıdır: “Belə bir təklif var. Lakin hələlik Sezarın müqavilə ilə məxsus olduğu “Keşlə” ilə danışmamışam. Klubla söhbətdən sonra dəqiq bir söz deyə bilərəm”.

Qeyd edək ki, Azərbaycanda “Zirə”nin də formasını geyinən Sezar Meza Kolli ötən ay “Keşlə” ilə müqaviləsinin müddətini daha bir il uzadıb. O, ötən mövsüm paytaxt komandası ilə Azərbaycan Kubokunun qalibi olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar