"SPACE"-in ƏMƏKDAŞI 100 MİN "ATIB" ÖLKƏDƏN QAÇDI -  İşdə Hacı Nuranın da adı hallanır + FOTOLAR

Gənclərin iş axtarışında olması bəzi fırıldaqçılar üçün fürsətə çevrilib. Bir işbaz da televiziyada işə düzəltmək adı ilə xeyli pul mənimsəyib. Şikayətçilər iddia edir ki, Vüqar Ağayev adlı şəxs onlardan işə düzəltmək adı ilə min manatdan 10 min manata qədər pul alıb.

Baku .ws xəbər verir ki, axtarışa verilən şəxs "Elif media" şirkətinin rəhbəri Ağayev Vüqar Həsənağa oğludur. O, bir zamanlar "Xəzər TV"-nin əməkdaşı olub, "Space TV"-də yayımlanan "İşimiz var", indi isə "Yerimdəyəm" və "Praym şok" verilişlərinin layihə rəhbəri idi.

2017-ci ildən etibarən insanlardan  pul alıb, işə düzəldəcəyini söz verib, lakin sözünə əməl etməyib. 6-7 ay ərzində 500-dən çox adamı aldadıb. Bəzilərindən "Space TV"-yə işə düzəltmək adı ilə pul alıb. O, özünü "Spase" kanalının əməkdaşı kimi təqdim edən adamlarla birlikdə işbirliyi qurub və bir çoxlarından işə düzəltmək adı ilə pul alblar, lakin sözlərinə əməl etməyiblər.

Bundan əlavə, Vüqar Ağayev ayrı-ayrı şəxslərin adına kompüter, telefon kreditə götürüb. Hətta bir zamanlar "Space TV"-də yayımlanan "20lik realiti şou"-nun sponsoru tərəfindən qalibinə veriləcək 2 otaqlı evi satıb. 19.07.2018-ci il tarixində isə ölkəni tərk edərək qaçıb. Onun Gürcüstana qaçdığı ehtimal olunur.

Minval.info xəbər verir ki, üstəlik Ağayev aldığı pula fərqli don da geyindirib, bunun dövlət rüsumu olduğunu deyirmiş. İttihamlara görə, başqa bir qrup şəxsə isə “Heydər Əliyev Fondu”-nda iş düzəltməyi boynuna götürüb, üstəlik aparıcı Hacı Nuranın adından istifadə edib.

Bu tələyə düşənlər bir müddət sonra pullarını geri istəyiblər. Ancaq iddialara görə, həmin şəxs  yeni vədlər verib, “bu gün-sabah” deyərək, prosesi uzadıb.

Sonda isə  iddiaçıların təxmini hesablamalarına görə, 100 min AZN mənimsəyərək ölkədən qaçıb. Bununla bağlı artıq 26-cı polis bölməsinə şikayət ərizəsi ilə müraciət ediblər.

Fırıldağın qurbanı olan üçün isə artıq ip də gedib, it də, çünki həm yenə işsiz qalıblar, həm də dələduz qaçdığı üçün pulu geri alacaqlarına ümidləri yoxdur.

“Space” telekanalının əməkdaş faktı təsdiqləyərək, Vüqar Ağayevin ölkəni ötən həftə tərk etdiyini vurğulayıb.

"Spase" telekanalının rəhbərliyi məsələ ilə bağlı açıqlama yayıb. Musavat.com-a verilən xəbərdə bildirilir: "Məlumat üçün bildiririk ki, əvvəlllər "Space" telekanalına layihələr təqdim edərək, müqavilə əsasında verlişlər istehsal etmiş, “Azərbaycan Media qrup” təşkilatının rəhbəri Ağayev Vüqar Həsənağa oğlunun barəsində ayrı-ayrı vətəndaşlar tərəfindən onun qanuna zidd hərəkətləri haqqında məlumatlar daxil olmağa başlamışdır. Vətəndaşların yazdığı ərizələrdən görünür ki, o "Space" telekanalının və başqa təşkilatların adından sui-istifadə edərək qanunsuz hərəkətlərə yol vermişdir. “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan respublikası qanununa uyğun olaraq həmən ərizələr "Space" telekanalı tərəfindən aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına göndərilmişdir. Həmən ərizəni sizə təqdim edirik.

635x100

Şərhlər

MV 2018-07-24 14:54:54

Rica edirəm diqqəтlə oxuуun. Agaev V.H. 19.07.2018də Azərbacanı ərk edir. Spasein direkoru 20.07.2018i polisə müraciə edir. Bir neçə qurumun əvəzolunmaz müəxəssisi! Xüsusən pullar uçuşan mühiтdə çoxu düşüncəsiz belə (savadına baxmadan) iri məbləgli biznes-laуihəуə сan aтır!? Əsas nədir-ƏLAQƏ! Vüqarın qeуd edilən büтün qurumların inanılmış araçı-agenтi olmasına şübhə qalmır. Ancaq, iş alınmaуanda deуilə bilər ki, aradan çıx?

николай 2018-07-24 14:54:54

Bu millət özü aldanmağa daha çox meyillidir, nəinki aldadanlar! Saxta işə verilən pul aldadanlara halaldır!

Aqsaqqal 2018-07-24 14:54:54

Son on ilde ewitdiyim,gorduyum ve oxuduqum informasiyalara reqmen bele qenaete gelmek olarki,Azerbaycan qehremanlar olkesidir ve sair ,ve ilaxir...hem de Azerbaycanda mawennikler çoxalıb, bunu men yox,son illerin statistikasi deyir!...

Bakili 2018-07-24 14:54:54

Deleduzluq bizde EPIDEMIYA kimi yayilir.Bu xesteliye antibiotiki, peyvendi haralarina nece vurmaq lazimdir? Saglam durust insan tapmaq olmur.Cemiyyetin agir xesteliyidir deleduzluq.Getdikce de artir.

Vetendas 2018-07-24 14:54:54

Ozuni haci kimi teqdim eden Nuran 10 il evveller xeyr korpusu verlisin adi altinda xesteler ucun insanlarsan pul yigirdi.Ve ozu cox varlandi.Hemin xesteleri mualice etdirdimi bilmirem.Lakin ozune poni, bag, ev, avtomobil alib.Bezekli zerli gulon kostumlari tikdirib geyinir.Onun esl ne isle mesgul oldugu, elbir oldugu TV-ler arasdirilmalidir

Bayram 2018-07-24 14:54:54

Hansı Nurlan? O xəstəxanada yanına poni gətizdirilən Nurlan. Görəsən o poninin axırı necə oldu?

Oqtay 2018-07-24 14:54:54

Pul verənlərin hamısını bir bir tapib məhkəməyə verib onlara iş vermək lazımdır.Deməli rüşvət veriblər işləri alınmayıb alınsa idi səsləri çımayacaqdır.Fakt boyunlarına alırlar kı rüşvət veriblər.Alınıb alınmayıb bu artıq başqa işdir o birilərə dərs olar

G.M 2018-07-24 14:54:54

Hacı Nuran başda olmaqla yüzlərcə ...millətin ``canına daraşıblar``.Hələ də təhlil aparıb soruşan yoxdur ki..kimdir bu Hacı Nuran..hardan gəlib,əvvəlcə ``Xeyir Körpüsündə`` törətdiyi əməllərin sonu necə oldu və.s.İndi də hamı onun guya xərçəng xəstəsi olduğunu reklam edirlər.Tutaq ki,bu belədir.Nuran xəstədir..ondan Dövlətə,Xalqa,Millətə nə.. Ancaq Vətənin azadlığı uğurunda şəhid olanların ailələrinə münasibətdə,ağır yaralıların müalicəsinə səthi yanaşılır.

Son yazılar