Cəmil Həsənlinin Seçki Qərargahı MSK-ya 840 akt göndərdi

Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) Azərbaycan prezidentiyinə namizədinin Seçki Qərargah MSK-ya MSK-ya prezident seçkiləri zamanı pozuntular haqqında şikayət təqdim edib.

Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının Turan-a verdiyi məlumata görə, MSK-ya Həsənlinin səlahiyyətli nümayəndələri, müşahidəçiləri və seçki komissiyalarının üzvləri tərəfindən tərtib edilmiş seçkilərdə pozuntular haqqında 840 akt təqdim edilib.

Şikayətlərə baxılması şənbə günü başlayacaq və iki gün davam edəcək. Seçki Qərargahı pozuntular haqqında rayonlardan daxil olmaqda davam edən yeni materialları da təqdim edəcək.

Aslanlı hesab edir ki, bu materiallar, habelə ATƏT DTİHB missiyasının müşahidələri seçkilərin nəticələrinin ləğvi və yeni seçkilərin təyin edilməsi üçün kifayət qədər əsas verir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar