Sabah hava küləkli olacaq - Proqnoz

İyulun 29-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, mülayim şimal küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu Bakıda gecə 22-24, gündüz 31-33, Abşeronda gecə 21-24, gündüz 29-34 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin gecə və axşam yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar