USUBOV EYYUBOVUN QARDAŞI OĞLUNA YENİ VƏZİFƏ VERDİ - Təyinat + FOTOLAR

Daxili işlər orqanlarında yeni təyinat olub. "AzPolitika. info"-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Rövşən Eyyub oğlu Eyyubov Su Nəqliyyatında Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Bu təyinata qədər R. Eyyubov Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Rövşən Eyyub oğlu Eyyubov Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur.

635x100

Şərhlər

MAKSİMUS 2018-07-25 10:39:53

bu təyinata təəcüb etmirəm.Başqa kim ola bilərdi.məlumdur ki,tək namizəd həmin şəxsdir.Hesab edirəm ki,təyin olunmuş şəxsin kimliyi və ya kimin qohumu olması deyil,onun peşəkarlığı əsas götürülməlidir.Bundan əlaqvə bu rəyi yazmağın heç bir mənası da yoxdur.bu qədər.Hər bir şeyə tarix və UCA ALLAH QİYMƏT VERƏCƏK.

R-n 2018-07-25 10:39:53

.....,ha,ha,ha........................................

Caa 2018-07-25 10:39:53

Ölkədən getmək lazımdır. ..... Molodes.

Sənan Ələsgərov Vedili 2018-07-25 10:39:53

Rövşən bəy ondan da artıq vəzifəyə layiqdir . Rövşən bəyə uğurlar arzulayıram !!!

G.M 2018-07-25 10:39:53

Buna deyirlər köhnə hamam ,köhnə tas.

Abit 2018-07-25 10:39:53

Belke indi kür,araz ve diger çaylara elecede xezer denizine heç kes yaxın getmeye..

cəngərlik sakini 2018-07-25 10:39:53

əla.hambalın oğlu hambal,rəisin oğlu rəis,şəhidin oğlu şəhid........

Son yazılar