“Hətta bunda da bir fayda var” - Lavrov

LavrovQərbin Rusiyaya qarşı sanksiyaları məqsədinə çatmayacaq. Əksinə ölkəmiz daha da müstəqil olacaq.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Sanksiyalar nadir hallarda öz məqsədinə çatır. Rusiyaya gəldikdə isə bu mahiyyətcə mümkün deyil. Biz sevinmirik, necə ki, bu sanksiyaları tətbiq edən Avropa ölkələri sevinmir. Biz bunu bilirik. Lakin sizi əmin edirəm ki, iqtisadiyyatımızın bəzi sahələrində əməl gələcək çətinlikləri dəf edəcəyik. Hətta ola bilsin ki, biz daha müstəqil olacağıq və özümüzə daha çox güvənəcəyik. Bunda da bir fayda var”, - deyə o vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar