Ərdoğanın seçki kampaniyasında ağılasığmaz hiylə - Video

Türkiyədə prezident seçkiləri kampaniyası ərəfəsində baş nazir Rəcəb Tayyib Ərdoğana kəfən pulunu bağışladığı deyilən 103 yaşındakı qadının kamera arxasındakı görüntüləri ortaya çıxıb.

AzPolitika.info-nun məlumatına görə, hökumətə yaxın media qurumlarında 103 yaşındakı Elif Şencan adlı qadının "kəfən pulum" dediyi 500 liranı Ərdoğana dəstək üçün bank hesabına köçürdüyü bildirilirdi.

Lakin ortaya çıxan yeni görüntülərdə "baş nazirə dəstək üçünmü gəldiniz?" sualına yaşlı qadın "Bilmirəm, oradan gətirdilər" - cavabını verir. Bu anda qadının pullarını əlindən alırlar. Yaşlı qadın isə əlindəki pullar alınarkən "heç olmasa birini verin" - deyə cavab verir. Bu səhnəni təşkil edən şəxs isə yaşlı qadını sakitləşdirərək pulları qaytaracağını deyir.

Həmin görüntüləri təqdim edirik:

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar