"MƏNİM ERMƏNİSTANIM" OXUYAN MÜĞƏNNİ BAKIYA GƏLİR!  - "Bu boyda sayqısızlıq olmaz"

Bir neçə gündür Azərbaycan ictimaiyyəti erməni-kürd əsilli olduğu bildirilən rusiyalı müğənni Zara Mqoyanın 26-29 iyul tarixində Bakıda keçiriləcək "Jara-2018” Beynəlxalq Musiqi Festivalına qatılıb-qatılmayacağını müzakirə edir.

"Jara” Beynəlxalq Musiqi Festivalı 2018-ci il iyulun 26-dan 29-dək Bakının Nardaran qəsəbəsindəki "Sea Breeze Resort” istirahət mərkəzində keçiriləcək. Festivalda Rusiya və Azərbaycandan olan müğənnilər, eləcə də bəzi digər ölkələrin ifaçıları iştirak edəcəklər.

Maraqlıdır, bu müzakirlərdən sonra Zaranın Bakıya gəlişi reallaşacaqmı?

Modern.az-ın əməkdaşı bu gün "Jara”nın rəsmi internet saytını nəzərdən keçirərkən festivala qatılacaq müğənnilərin ad-soyadları ilə maraqlanıb. Siyahıda Zara Mqoyanın adını görməyən əməkdaş "Sea Breeze Resort” istirahət mərkəzi ilə əlaqə saxlayıb.

İstirahət mərkəzindən bildirilib ki, festivalda iştirak edəcək müğənnilərin siyahısı "Jara 2018”in rəsmi saytında yerləşdirilib: "Qeyd etdiyiniz şəxsin adı siyahıda yoxdursa, deməli festivalda iştirak etməyəcək”,- deyə "Sea Breeze Resort”un adının açıqlamayan əməkdaşı qeyd edib.

Ancaq “Jara” festivalının Təşkilat Komitəsindən APA-ya Zaranın tədbirdə iştirak edəcəyiniyini deyib: "Biz tolerant və qonaqpərvər ölkənin nümayəndələri kimi ona “Jara-2018” beynəlxalq festivalına gəlmək imkanı yaratdıq".

Təşkilat Komitəsi bu addımını Azərbaycan dövlətinin siyasəti ilə əlaqələndirib. "Bu barədə dəfələrlə ən yüksək səviyyədə bildirilib. Bizim ölkə dialoq və əməkdaşlığa açıqdır, müxtəlif millətləri və mədəniyyətləri təmsil edən insanları birləşdirən meydançadır. Məlumdur ki, incəsənətlə idman siyasətdən kənar sahələrdir, onlar insanları yaxınlaşdırır, konsolidasiya edir. Bu münasibətlə ölkəmizdə “Avroviziya” mahnı müsabiqəsi, ilk Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər tədbirlərin keçirildiyini xatırlatmaq kifayətdir. “Jara” festivalı bu sırada öz layiqli yerini tutub və artıq üçüncü dəfədir paytaxtımızda müxtəlif millətlərin nümayəndələri olan Rusiya şou-biznesinin ulduzlarını toplayır. Milliyyətcə kürd olan müğənni Zara özü ölkəmizə gəlmək istədiyini dilə gətirib. O bizim qədim mədəniyyətimiz, zəngin tarix və adət-ənənələrimizlə tanış olmaq istəyir. Biz də tolerant və qonaqpərvər ölkənin nümayəndələri kimi ona “Jara-2018” beynəlxalq festivalına gəlmək imkanı yaratdıq”, - deyə festivalın Təşkilat Komitəsinin bəyanatında vurğulanıb.

Qeyd edək ki, “Jara-2018” musiqi festivalının təşkilatçıları Azərbaycanın xalq artisti, müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Xatırladaq ki, Rusiyanın əməkdar artisti olan Zara Paşa qızı Mgoyan 1983-cü ildə Sankt-Peterburqda anadan olub. Əsl adı Zərifə olan Zaranın bir tərəfi yezidi kürdü, bir tərəfi isə ermənidir. Onun ailəsi Ermənistanın Gümrü bölgəsindəndir.  Zara Mgoyan “Mənim Ermənistanım” mahnısı ilə də tanınır.

Onu da qeyd edək ki,  erməni müğənni Zaranın Bakıya gəlməsininə yalnız Xalq artisti Flora xanım Kərimova  sərt tənqid etmişd: “Torpaqlarımız işğal altındadır, amma erməni müğənnini Bakıya dəvət edirlər. Mən həyatımdan küsmüşəm, axı bu boyda sayqısızlıq olmaz. “Maya armeniya” deyən bir müğənnini Bakıya gətirirlər və mən bilmirəm bu boyda şapalağı biz necə yeyirik? Belə bir müğənni gəlib burda meydan sulayır. Mənə çox əziyyətdir. Adamlığımdan çıxmışam, oğul, artıq heç nəyə inamım qalmayıb.(Ağlayır) Bu boyda şəhidlərimiz var biz onların qarşısında məsuliyyət daşımalıyıq, torpaqlarımızı itirə-itirə gedirik və erməni müğənniyə qucaq açırıq. Mənə elə gəlir ki, Allah bizdən üz döndərib”.

Nə qədər qəribə də olsa digər sənətçilərin, xalq artistlərinin, ziyalıların,  başqa vaxtı "millət, dövlət" deyib sinəsini qabağa verən media rəhbərlərinin hər hansı etirazlarına rast gəlinmədi. Çoxları susmağa üstünlük verdi. Bir soruşan olmadı  ki, rayonlarımızın bir-birinin ardınca işğal olunduğu günlərin ildönümü ərəfəsində belə bir festivalın keçirilməsində, üstəlik ora ermən müğənnilərin dəvət olunmasında məqsəd nədir. Ayıb deyilmi? Bunun Şəhid olmuş minlərlə Vətən övladının ruhuna hörmətsizlik olduğunu düşünmürlərmi? “Mənim Ermənistanım” mahnısı ilə tanınan biriini tolerantıq deyib, kürd adı ilə Azərbaycana gətirmək nə qədər doğrudur?   Mədəniyyət Nazirliyi hara baxır?

"Mənim Ermənistanım” mahnısı ilə də tanınan, özünü qatı erməni millətçi kima aparan bir ermənin Bakıya dəvət edənlərin Azərbaycamda festival keçirməsinə niyə icazə verilir? Ümumiyyətlə, rayonlarımızın işğal olunduğu günlərə təsadüf edən bu festival kimə, nəyə lazımdır?

AzPolitika.info

 

635x100

Şərhlər

Şəm 2018-07-26 10:00:06

Erməni ......

Eldeniz 2018-07-26 10:00:06

ALLAH bize rehim etsin.bizleri azerbaycanli ermenilerden qorusun.

Səlimov 2018-07-26 10:00:06

Bu məsələlər ciddi araşdırılmalı,millətin mənafei,psixoloji münasibəti mütləq nəzərə alınmalıdır. Tolerantlıq belə olmur!Əhalini şəxsi ermənipərəst mövqelərə qurban vermək özü də ağır cinayətdir. Belə hallar nəzarətsiz buraxılmamalıdır!.Mədəniyyət,Daxili və xarici işlər nazirliyi buna diqqət yetirməlidirlər.

Sahib 2018-07-26 10:00:06

DEYİRLƏR BÖYÜK SƏNƏTKAR İBRAHİM TATLISƏS BAKIDADIR TÜRKİYƏNİN FƏXRİ HEÇ ONUN ADINI ÇƏKƏN YOXDUR. DÜŞMƏN AXCİSİNİ GƏTİRİB REKLAM EDİRLƏR

BAKILI 2018-07-26 10:00:06

Qeyreti olan bu konserte getmez ancaq cox teessuf

Müfəttişə 2018-07-26 10:00:06

SƏN DÜZ DEYİRSƏN QARDAŞ. BƏS ONDA GƏTİRƏNLƏR HANSI MİLLƏTDƏNDİRLƏR?

vidadi goyce 2018-07-26 10:00:06

metamorfoza

Zaur 2018-07-26 10:00:06

Gəlsin döyüş bölgəsində əsgərlərimizə (konsert) versin.

Adil 2018-07-26 10:00:06

Qafqazinfo saytında oxudum ki Zaranin Bakıya gelmesine mane olmaq olmaz." Biz Zaraya bele munasibet beslesek dünyanı nece inandıra bilerik ki torpaqlar qaytarılsa biz ermenilerle yaxşı davranaraq?" Çox gülünc ferziyye. Bakıda 30 000 erməninin kef etmesi, 12 erməni ailesinin Bakıya qayıdıb rahat yaşaması dünyanı inandırmayibsa bir Zaranin gəlməyi inandiracaq?

Oxucu 2018-07-26 10:00:06

Bu Zara buralara gelesi deyil! Arxayin olsun siniri-qelbden yananlar. Amma bu sohbetin ortaliga atilmasi maraqlidir. Yox eger gundemi deyishmekdirse eybi yox, Veten sagolsun deyerler. Diger haldirsa cox pis ve tehukelidir!

Eldar 2018-07-26 10:00:06

Bu zara məsələsini düzüb qoşanlar yəqin ki erməni əsillilərdirlər. Heç bir təmiz Azərbaycanlı bu qədər millətimizə edilən pisliyin qarşısında düşmən millətin bura gəlməsinə razı qalmaz. zaranı bura gətirmək şəhidlərimizin ruhunu təhqir edməkdir. İndi kim gətirir qoy gətirsin. Hökumətimiz gərək millətimizin belə aşağılanmasına yol verməsin.

Kimsəsiz 2018-07-26 10:00:06

Təşkilatçılar bizim millətin əsəbləri ilə oynayır. Əsas məsələdən danışmayacam. Ancaq bütün əhali Sosiki boykot etdi o bu millətə hörmət etmədi Sosonu gətirdilər Bakıya. İndi bu bizim düşmənimizin törəməsini gətirilərr bura. Mən yaşlı kişiyəm. Bunu eşitdim özümü çox pis hiss etdim. Ağsaqqallar heç olmasa onlarıl niyə başa salmırlar?

Ayaz 2018-07-26 10:00:06

https://www.youtube.com/watch?v=vD9CxKj8tg8 Зара и братья Овеян "Моя Армения" https://www.youtube.com/watch?v=vAr6ntTNBlc Зара "Армения моя" "Armenia Music Awards 2013"

Adil 2018-07-26 10:00:06

Teklif edirem Emin Ağalarov İrevanda konsert versin. Görek ermeniler Emini İrevana buraxarlar?

Türk 2018-07-26 10:00:06

Kimdir ey bu erməniləri sevən,onlar üçün darıxan?Onlar bizi dədə baba yurdumuzdan axırıncı nəfərə kimi qovdular.İndi nə qəqdər istəsəniz düşmənlə dost olasınız onlar olmayacaqlar. Bizdən fərqli olaraq onlar bizi əbədi düşmən kimi qəbul edib torpaqlarımızı alıb insanlarımızı öldürüb,qalan torpaqlarımızda da gözləri var.Kim erməni ilə qabaq qabağa oturacaq?Ancaq arvadı anası ermənilər. Bütün əksər ailələr şəhid veriblər.Bunları biz yaddan çıxaracağıqmı? Onda bizim axırımız yoxdur. Bizə kim nə istəsə edəcək

Türk 2018-07-26 10:00:06

ERMƏNİ KOTOLİKOSU DEYİB Kİ O ERMƏNİYƏ ERMƏNİ DEYİRƏM Kİ ERMƏNİ DÖŞÜNDƏN SÜD ƏMİB. SÜD ƏMİB SÜD ƏMİB SÜD ƏMİB SÜD ƏMİB SÜD ƏMİB SÜD ƏMİB SÜD ƏMİB SÜD ƏMİB SÜD ƏMİB SÜD ƏMİB SÜD ƏMİB SÜD ƏMİB SÜD ƏMİB SÜD ƏMİB SÜD ƏMİB SÜD ƏMİB SÜD ƏMİB SÜD ƏMİB SÜD ƏMİB SÜD ƏMİB

SUAL 2018-07-26 10:00:06

NƏ İSDƏYİRSİZ BİNDAN SİZ? ...İNDİDƏ GƏLMƏYİB, BƏS BİR DƏ HACAN GƏLƏCƏK Kİ? BELƏ BİR MƏQAM BİR DƏ BU OLKƏDƏ BƏLKƏ DƏ OONLAR UCUN BİR DAHA OLMADİ AXİ?

o.b.n 2018-07-26 10:00:06

Flora xanım qan çəkir nə demək olar Rusyada nə qədər azərbaycanlı müğənni var,heç onları dəvət edirlər?Ancaq zaranı,hətta əzizləmə mənasında Zərifə edirlər axı nə hayca nədə rusca Ə hərifi yokdu.

Müfəttiş 2018-07-26 10:00:06

Bu xalqın aciğına onu mütləq gətirəcəklər, baxarsınız....

Əli 2018-07-26 10:00:06

O düşmən millətin gələrsə, onun konsertinə gedənlərin hamısında düşmən qanı var. Qeyrəti olan kəs ora getməz.

Əli 2018-07-26 10:00:06

Düşmən torpağımızın yarısını 25 ildir alıb. Ondan qabaq da neçə əsr biə divan tutub qaımızı içiblər. İndi də hər gün cavalarımız şəhid olur qanını düşmən tökür. Bakıdakı ermənilər sevinir onu gəlməyinə... Bu düşmən faişəsinin bura gəlməyi bu millətə hörmətsizlikdir... O kürd deyil. Kürd adı ilə maskirovka edirlər. Əsl düşmən qızıdır.

Aran Qarabağlı 2018-07-26 10:00:06

Azərbaуcan xalqı 100 il oncə də ləуaqəтli bəуlərini qırgına, ziуalılarını saтqın qaçqınlıga məruz qoуanda belə daşnakla orтaqlıgını davam eтdirib. ....İri dovləт rəsmiləri hər səhər "Emporio Armani" maqazinini "salamlaуıb" keçirlər. Qarabagda azərbaуcanlıların qırgını zamanı dünуaуa haraу salmaq və iddialar lazımdı?! L.Aquтin, A.Varum və d. dəfələrlə konserтlərindən sonra, barışıga уaxın aуılmışıqmı?

ƏN YAXŞI ERMƏNİ 2018-07-26 10:00:06

ZƏRƏRLƏSDİRİLİMİŞ VƏ ÖLÜ ERMƏNİDİR.!!!

kluni 2018-07-26 10:00:06

Burada təccüblü nə var ki? Bəzi vəzifəlilər bu hayastan kimi, eynən onun kimi yarısı o tərəf (yezidi kürd), digər yarısı da (erməni) o biri tərəfdəndir. buna görə də demək olar ki, o qohumlarının yanına gəlir. O ki, qaldı hörmətli Flora xanımın dediklərinə onlar tam həqiqəti əks etdirilər. Flora xanım kimi müğənniyə bütün efirlərə qadağa qoyub, Aygün və Mələykəni ortaya çıxardanda nəticəsi də belə olmalı idi.

t.ədalət 2018-07-26 10:00:06

Bəzi məmurlar baçqa millətdəndir .Ona görə də Zaranın gəlişini (əgər gəlmək istəsə) heç kim əngəlləyə bilməz.

Abitə-x-dən 2018-07-26 10:00:06

Qardaşım, bu 30 min doğub-törəməyib ki??? 30 min 30 il bundan qabaq idi.

Abit 2018-07-26 10:00:06

Otuz min ermeni var Bakıda,biride gelib otuz min bir olur dünya dağılmayacaq ki?Onu teşkil edenlerin günahıdı

Son yazılar