"Onlardan belə oyun gözləmirdik" - Qurban Qurbanov

"Hər iki komanda sərfəli nəticə üçün oynayırdı. Tərəflərin istəkləri elə bu hesabla da yekunlaşmalı idi".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Albaniyada "Kukesi" ilə 0:0 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra yerli telekanala açıqlamasında deyib.

46 yaşlı mütəxəssis avqustun 1-də Bakıda keçirəcəkləri cavab görüşündə qələbə qazanmağa çalışacaqlarını bildirib: "Biz bu gün qalib gəlmək istəyirdik. Bu istəyimizi cavab görüşündə maksimum gerçəkləşdirməyə çalışacağıq. Rəqib fərqli çıxış etdi. Onlardan belə oyun gözləmirdik. Lakin Bakıdakı matçda dəyişiklik etməyə daha hazırlıqlı olacağıq. Cavab görüşündə bu gün bizə çətin olan qolu vurmağın yolunu tapacaq, daha yaxşısını etməyə çalışacağıq".

Bundan başqa Qurbanov rəqibi Albaniya çempionu kimi təqdim edərək, bu komanda haqqında müsbət fikirdə olduğunu vurğulayıb.

Qeyd edək ki, "Kukesi" ötən mövsümü gümüş medalla başa vurub. Lakin çempion "Şkenderbeu" cəzalandırıldığından, Çempionlar Liqasında Albaniyanı bu komanda təmsil edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar