Mübariz Qurbanlıdan ilk təbrik - “Duaların Tanrı dərgahında...”

MubarizMübariz Qurbanlı Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib.

Prezidentin sərəncamı ilə iyulun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilən Mübariz Qurbanlı Azərbaycan xalqını təbrik edib.

Komitə sədri öz facebook səhifəsindən yazdığı təbrik mesajında bunları qeyd edib:

"Hörmətli dostlar, əziz həmvətənlər!

Sizin hər birinizi mübarək Ramazan bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, Uca Allahdan sizlərə xoşbəxt və firavan həyat arzulayıram! Tutduğunuz orucların, Vətənimizin əmin-amanlığı, şəhidlərimizin əziz ruhları üçün etdiyiniz duaların Tanrı dərgahında qəbul olunmasını diləyirəm. Süfrəniz xeyir-bərəkətli, canınız sağlam olsun! Mənə ünvanladığınız bayram təbriklərinə görə də Sizlərə təşəkkürümü bildirirəm!” /virtualaz.org

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar