Şamaxıda meşə yanğını - Video

İyulun 28-nə keçən gecə Şamaxı rayonunun Saqiyan kəndində yanğın baş verib.

İlkin məlumata görə, biçilmiş ot yanıb və güclü külək alovu ətrafa yayıb. İki saat ərzində alov yaxın ərazilərə keçərək kolları və seyrək meşəni əhatə edib.

Mürəkkəb relyef səbəbindən, dağ yeri olduğundan yanğın yerinə yaxınlaşmaq çətin olub. Nəticədə üç hektara yaxın sahə yanıb. Bura kollar və ağaclar daxildir. Baş verənlər yerli sakinlər tərəfindən videoya çəkilib.

Quru yay dövründə bu cür hallar tez-tez baş verir. Lakin güclü külək olanda yanğın təhlükəsi və onun miqyası artır.

Bu il Lerik və Lənkəran rayonlarında da meşə yanğınları yaşıllığa ciddi ziyan vurub.

Bundan əvvəl Şirvan Milli Parkı və Qızılağac qoruğunda da yanğın baş vermişdi. / "Turan"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar