İSMAYILLI RAYON PROKURORU İŞDƏN ÇIXARILDI! - Köməkçisi rüşvət alarkən həbs edildi

İsmayıllı rayon prokuroru işdən çıxarılıb, köməkçisi isə həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətindən "AzPolitika.info"ya verilən məlumata görə, korrupsiya və rüşvətxorluğa qarşı kəsərli mübarizə tədbirləri davam etdirilir: "Ölkəmizdə korrupsiya və rüşvətxorluq hallarına qarşı daha ciddi mübarizə aparılması, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə edən vəzifəli şəxslərə qarşı tədbirlərin görülməsi, müasir tələblərə cavab verən prokurorluq orqanlarının formalaşdırılması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyə və göstərişlərinin icrası ilə əlaqədar zəruri tədbirlər həyata keçirilməkdədir.

Lakin, son illər prokurorluğun kadr korpusunun sağlamlaşdırılması istiqamətində aparılan islahatlara baxmayaraq, bəzi prokurorluq əməkdaşlarının öz vəzifə borcuna laqeyd yanaşması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, rüşvətxorluq və korrupsiya hallarına yol vermələri kimi neqativ hallara rast gəlinir".

Qeyd olunub kİ, İsmayıllı rayon prokurorunun böyük köməkçisi Faiq Quliyevin qanunsuz əməlləri barədə daxil olmuş vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Araşdırma zamanı F.Quliyevin xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar “İsmayıllı Tikinti-27” ASC-nin idarə heyətinin sədri Azad Əliyevdən sonuncuya məxsus qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı aparılmış araşdırmanın nəticəsində barəsində cinayət işinin başlanmaması üçün, yəni edəcəyi qanunsuz hərəkətlərə görə 14 iyul 2018-ci il tarixdə, İsmayıllı rayon prokurorluğunun inzibati binasında külli miqdarda pul vəsaitini rüşvət kimi şəxsən A.Əliyevdən almasına əsaslı şübhələr müəyyən edildiyindən Baş prokuror tərəfindən F.Quliyev barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq zamanı, həmçinin F.Quliyevin 17-18 iyul tarixlərində Qalib Süleymanova məxsus karxananın fəaliyyəti ilə bağlı aparılmış araşdırma zamanı sonuncunun cinayət məsuliyyətinə cəlb olunmaması müqabilində İsmayılli rayon prokurorluğunun inzibati binasında ondan külli miqdarda rüşvət almasına da əsaslı şübhələr müəyyən edilib.

F.Quliyevin rayon prokurorluğunda olan xidməti otağına baxış keçirilərkən seyfdə rüşvət kimi aldığı pul vəsaiti aşkar edilərək maddi sübut kimi götürülüb.

İş üzrə F.Quliyevə Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma ) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Aparılmış xidməti yoxlama zamanı İsmayıllı rayon prokuroru Ülvi Abbasov və prokurorun böyük köməkçisi Faiq Quliyev tərəfindən vətəndaşlarla qeyri-prosessual münasibətlərə daxil olmaqla xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edilməklə “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunlarının, Baş Prokurorluq üzrə müvafiq əmrlərin, eləcə də “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərinin kobud şəkildə pozulması hallarına yol verilməsi müəyyən edilib.

Eyni zamanda, istintaqın hərtərəfli, tam və obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş prokurorunun 25 iyul 2018-ci il tarixli əmri ilə F.Quliyev prokurorluq orqanlarından xaric edilib, rayon prokuroru Ü.Abbasov isə vəzifədən azad olunub.

Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu ölkə vətəndaşları və sahibkarlara müraciət edərək, prokurorluq əməkdaşları, digər hüquq mühafizə orqanları əməkdaşları, habelə vəzifəli şəxslər tərəfindən rüşvət tələb edilməsi və digər qanunazidd hallarla qarşılaşarkən onlardan bu barədə təxirəsalınmadan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə və ya 361-11-76, 361-11-48 nömrəli telefonlara məlumat vermələri xahiş olunur.

635x100

Şərhlər

Abit 2018-07-26 13:47:51

Yaxşı mehkeme lazımdı onu açıb buraxa,nece yeni kömekçi özbaşınadımı prokurordan xebersiz pul ala.Qurban gedib.Yazıxdı ailesi var eyer tek bu edirse qoyun tutulsun.Baş kesib qan içenler qalıb kenarda,sen deme prokuror kömekçisi İsmayıllıda at oynadırmış.

Abit 2018-07-26 13:47:51

Yadıma Mustafanın tağalax ve sabun oyunu düşür.Göresen kömekçi bunu prokurordan xebersiz edib?

IRADƏ 2018-07-26 13:47:51

.tikinti-təmir işlərinə başları qarışıb,qayda-qanun əldən gedib

Elxan 2018-07-26 13:47:51

Prokuror komekcisi ozbawinami rusvet alib!? ... komekci ile kifayetlenirler.

vətəndaş 2018-07-26 13:47:51

İsmayıllı rayon prokuroru işdən çıxarılıb, köməkçisi isə həbs edilib. Prokuror köməkçisi heç bir vaxt rəhbəri ilə məsləhətləmədəın yüz min manat pulu ala bilməz.

VƏTƏNDAŞ 2018-07-26 13:47:51

Uzun illərdir ki, prokurorluq və məhəkəmə orqanlarında heç bir əsaslı islahat aparılmIR və nəticə etibarilə günahsız insanlar h a q s ı z yerə incidilərək və qanunsuzluqlara.... Ona görə də ULU ÖNDƏRİMİZİN təbicən desək xüsusən də "PROKURORLUQUN QAPI VƏ PƏNCƏRƏLƏRİNİ AÇIB HAVASINI DƏYİŞMƏK LAZIMDIR".

G.M 2018-07-26 13:47:51

Prakraturada rüşvət---siz nə danışırsız..Allah uzaq eləsin Məhkəmə hüquq-mühavizə orqanlarında rüşvət özü yox ey,sözü olammaz.Bu böhtan dolu münasibətləri qınayıram.Almaniyada olan qanunsuzluqları bizim adımıza aid edənlər Allahın qəzəbinə gələcək inşəallah

yusif 2018-07-26 13:47:51

rusveti aciq askar alirdilar

Son yazılar