HƏRBİ PROKUROR QARDAŞINA SUİ-QƏSDDƏN DANIŞDI - "Əminliklə deməyə əsas verir ki..."

"İyunun 26-da keçirilən möhtəşəm hərbi paradda Azərbaycanın hərbi qüdrətinin dünyaya nümayiş etdirilməsini və ölkəmizin bütün sahələrdə surətlə inkişaf edərək əksər dövlətlərdən üstün olmasını gözləri götürməyən radikal müxalifət və dini-ekstremist təşkilatların üzvləri ölkəmizə qısqanc və düşmən münasibət bəsləyən dövlətlərin xüsusi xidmət orqanları ilə birgə respublikamızda sabitliyi, əhalinin sakit həyatını pozmaq və qarşıdurma yaratmaq məqsədilə iyulun 3-də və 10-da Gəncədə dövlətçiliyimizə və ölkədəki sabitliyə yönəlmiş qanlı terror hadisələri törədib, şəhər İcra Hakimiyyətinin başçısına və onun mühafizəçisinə qarşı sui-qəsd edib, asayişin kobud şəkildə pozulmasının qarşısını almağa çalışan yüksək rütbəli iki polis zabitini qətlə yetiriblər". APA-nın məlumatına görə, bu sözləri Respublika Hərbi Prokurorluğunda keçirilən əməliyyat müşavirəsində çıxış edən hərbi prokuror Xanlar Vəliyev deyib.

X. Vəliyev bildirib ki, prezident İlham Əliyevin qətiyyətli və müdrikliklə atdığı addımların nəticəsində bütün bü təxribatların qarşısı sərt şəkildə alınıb: "Azərbaycan Respublikası Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 214.2.1-ci, 214.2.3-cü, 214-2-ci, 281.1-ci və digər maddələri ilə başlanmış cinayət işinin istintaqını aparan Respublika Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə əməliyyat-istintaq qrupu tərəfindən cinayəti törətmiş şəxslər müəyyənləşdirilib, onlardan bir qismi həbs edilib, axtarışa verilib, digər iştirakçıların da müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Həmin hadisələrin təhlili və istintaqı əminliklə deməyə əsas verir ki, bu, sadəcə özlərini hansısa dini təşkilat adlandıranların deyil, xarici ölkələrin xüsusi xidmət orqanlarının əvvəlcədən planlaşdırdığı və ölkənin daxilində, habelə Azərbaycandan kənarda olan, lakin ölkəmizə düşmən münasibət bəsləyən Azərbaycan vətəndaşlarının həyata keçirməyə cəhd etdikləri cinayətlərdir. Bunlar adi cinayətlər deyil, ölkəmizdə hakimiyyətin zorla ələ keçirilməsinə, Azərbaycan Respublikasının Konstitusiya qurluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönəlmiş hərəkətlərdir. Lakin Azərbaycan Respublikası prezidentinin qətiyyəti və müdrikliyi, habelə hüquq-mühafizə orqanlarının səyi nəticəsində bütün bu təxribatların qarşısı sərt şəkildə alınıb. Həmçinin iyulun 15-də Sumqayıtda radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının Gəncədə baş vermiş hadisələri Sumqayıtda təkrarlamaq, iğtişaş və qarşıdurma yaratmaq yolu ilə şəhərdə ictimai-siyasi sabitliyi pozmağa yönəlmiş hərəkətlərinin qarşısı hüquq-mühafizə orqanlarının peşəkarlıqla həyata keçirdiyi əməliyyat nəticəsində alınıb”.

635x100

Şərhlər

Gəncəli 2018-07-26 14:51:00

Cənab prokuror bilmək lazımdır bu sui-qəsd qərarını kimlər verib? Onsuz da bu ölkədə məmurlar hamısı insanlara qarşı amansızdırlar. Niyə başqası yox, Elmar seçilib? ...

Hörmətli oxucu! 2018-07-26 14:51:00

Bismillahir-Rəhmanir-Rəhim.Hörmətli X. Vəliyev bildirib ki, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə əməliyyat-istintaq qrupu tərəfindən cinayəti törətmiş şəxslər müəyyənləşdirilib, onlardan bir qismi həbs edilib, bütün bü təxribatların qarşısı sərt şəkildə alınıb. Soruşmaq gərəkdir ki, niyə bu hadisəyə qədər onun qarşısı vaxtında alınmayıb? ....

Fikrət Hacıyev 2018-07-26 14:51:00

3 ildən çoxdur ki, Zakir Qaralova 2015-ci ildə baş verən cinayət hadisəsi haqqında şikayət edirəm, cavab alıram ki, bu işə 2012-ci ildə Gəncə şəhər Prokurorluğunda baxılıb. .....

S.Ənvər qızı 2018-07-26 14:51:00

Cənab Prezidentimizi qəlbən sevən məmur öz xidmətləri ilə xalqa sədaqətlə xidmət edərək ölkə başçısının etimadını qazanmalıdır. Ailəmə qarşı olan haqsızlıqları aradan qaldırmaq üçün saysız-hesabsız müraciətlər etməyimizə baxmayaraq Rabitə Naziri Ramin Quluzadə tərəfindən araşdırılıb,qanuni tədbirlər görmək əvəzinə,şikayətimizə əhəmiyyət belə vermir? Nə qədər istəyirsaq şikayət elə,nəzarət sistemi olmadığından baxan yoxdur. Cənab Prezidentin də ünvanına müraciət edirsən,müraciətində Prezidentə çatdırılmır?

G.M 2018-07-26 14:51:00

Prezidentə yardımçı olan məmur ,vətəndaşın tələblərinə qanun çərçivəsində cavab verməyə borcludur.Təəssüflər olsun ki,məmurluq statusunda olanların əksəriyyəti özünə ``dvident`` qazanmaqla məşğuldurlar.

Son yazılar