"Etirazı əsaslandırılmış şəkildə bildirməliyik" - Əflatun Amaşov Zaradan danışdı

"Rusiyanın erməni əsilli olduğu bildirilən tanınmış müğənnisi Zaranın "Jara" festivalında iştirak üçün Bakıya gələcəyinə dair xəbərlərin sosial şəbəkələrdə müzakirəsi ilə tanış oldum. "Xəzər" TV-də yayımlanmış məlum sujeti də izlədim və azacıq araşdırma apardım. Zara Rusiya telekanallarından birində təxminən 2-3 il əvvəl yayımlanmış müsahibəsində kürd kökənli olduğunu bildirir. Yəni Mqoyan soyadına baxmayaraq xanım kürddür və hamının da bildiyi kimi, Zara Ermənistandan Rusiyaya köç edərək orada məskunlaşmış ailədə anadan olub. Bütün həyatı da Rusiya ilə bağlıdır".

APA-nın məlumatına görə, bunu millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Jara" festivalında iştirak edəcək müğənni Zara Mqoyanın Bakıya gəlməsi ilə bağlı etirazlara münasibət bildirərkən deyib.

Ə. Amaşov qeyd edib ki, müğənniyə qarşı olan hiddəti anlayır: "Erməni soyadını kənara qoyub, yalnız Ermənistanı vəsf edən mahnının bunun üçün əsas verə biləcəyi qənaətindəyəm. Hər bir halda təmkinli davranmağın tərəfdarıyam. Nəzərə alaq ki, əksəriyyətin erməni kimi təqdim etdiyi Zara Azərbaycana əlində silah gəlmir. Bakıda ata-babalarının məskəni olan Ermənistanı vəsf edəcək cəsarətdə də ola bilməz. Bakı heç bunun yeri də deyil".

Ə. Amaşov xatırladıb ki, Azərbaycan müxtəlif beynəlxalq təşkilatlara üzvdür: "Bu təşkilatlarda Ermənistan da təmsil olunur və dəfələrlə olub ki, həmin təşkilatların xətti ilə Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərə erməni nümayəndələr qatılıblar. Hətta erməni jurnalistlərin də Bakıya gəldikləri vaxtlar olub. Nə etməli idik? İmkan verməməliydik?"

Millət vəkili Avropa Oyunları zamanı da ölkəmizə erməni idmançıların gəldiyini qeyd edib: "İdmanın idman, musiqinin musiqi, müharibənin də müharibə yeri var. Biz torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalı faktına etiraz ediriksə, bunu səngərdə göstərməliyik. 2016-cı ilin aprel döyüşlərində göstərdiyimiz kimi. Ancaq erməni olduğu deyilən, əslində isə kürd əsilli bir müğənninin Bakıya gəlməsini sanki süngü ilə qarşılamaq zənnimcə doğru yanaşma deyil. Ən xoşagəlməz məqam isə özümüzün olan "Xəzər TV"yə yayımladığı sujetə görə hiddət yağdırmaqla əslində öz içimizdə parçalanma yaratmağımızdır. Bizə kənardan baxırlar. Yenə də bu fikirdəyəm ki, təmkinli olmalı, hər bir etirazı normal qaydada, əsaslandırılmış şəkildə bildirməliyik".

635x100

Şərhlər

Abit 2018-07-26 18:22:14

Bir dene zaranın Bakıya gelişine aciz qalmıçıq....?...

NURəddin 2018-07-26 18:22:14

...

SUAL 2018-07-26 18:22:14

BUNDAN SONRA ƏKSƏR MASİNLARDA, METRO CİXİSLARİNDA, TOYXANA VƏ RESTORANLARDA ERMƏNİ MAHNİLARİNİN OXUDULUB TƏBLİX EDİLMƏSİNİ GORSƏZ NECƏ BAXILACAQ?

Fizulu 2018-07-26 18:22:14

Xocalıdan tutulan qadın əsirlərimizə ermənilər nə divan tuturlar. Namus vicdan olan kəs azəri bu haqda fikirləşər və danışar. Düşmənlərimizin iki yüz ildən çox bizə nə etdiklərini hələ demirəm.

teymur 2018-07-26 18:22:14

Onda biz niyə döyüşmüşük, qonaq çağrmaq üçünmü o ermənicigi

kluni 2018-07-26 18:22:14

....o silahı neynir ki?

Mirzə AĞ 2018-07-26 18:22:14

İndi bu Zaraçığaz oturub dığalarla kef eliyir və bizə gülür: "Nə aciz tayfadır, bunlar" - düşünür. Bunların hökumətləri ilə aralarında necə böyük bir uçurum var, ay mart...

Son yazılar