"ZARA MƏQSƏDLİ ŞƏKİLDƏ BAKIYA GÖNDƏRİLİR..." -  Deputatdan ŞOK açıqlama

"Bu nə qeyrətsizlikdir ki, millətə aşılayırlar? "

Artıq bir həftədən artıqdır ki, Azərbaycan ictimaiyyəti erməni-kürd əsilli rusiyalı müğənni Zara Mqoyanın 26-29 iyul tarixində Bakıda keçiriləcək “Jara-2018” adlı festivalına gətirilməsini müzakirə edir.

Böyük əksəriyyət, əslən Ermənistanın Gümrü bölgəsindən olan, “Mənim Ermənistanım” mahnısı ilə də tanınan, erməni terrorçuları ilə qol-qola gəzən Zara Mqoyanın Azərbaycana gəlməsinə etiraz edir.  Təbii ki, hər şeydə "yuxarı nə deyəcək" deyib gözlərini televiziya ekranlarına zilləyən mövqesizlər istisna olmaqla...

Rayonlarımızın bir-birinin ardınca işğal olunduğu günlərin ildönümü ərəfəsində belə bir festivalın keçirilməsinin, üstəlik ora erməni müğənnilərin dəvət olunmasını ŞƏHİDLƏRİMİZİN ruhuna hörmətsizlik kimi qəbul edənlər də az deyil. Məsələn, Xalq artisti Flora Kərimova  bunu açıq şəkildə bəyan edib:“Torpaqlarımız işğal altındadır, amma erməni müğənnini Bakıya dəvət edirlər. Mən həyatımdan küsmüşəm, axı bu boyda sayqısızlıq olmaz. “Maya Armeniya” deyən bir müğənnini Bakıya gətirirlər və mən bilmirəm bu boyda şapalağı biz necə yeyirik? Belə bir müğənni gəlib burda meydan sulayır. Mənə çox əziyyətdir. Adamlığımdan çıxmışam, oğul, artıq heç nəyə inamım qalmayıb.(Ağlayır) Bu boyda şəhidlərimiz var və biz onların qarşısında məsuliyyət daşımalıyıq, torpaqlarımızı itirə-itirə gedirik və erməni müğənniyə qucaq açırıq. Mənə elə gəlir ki, Allah bizdən üz döndərib”.

Ancaq bütün etirazlara baxmayaraq “Jara” festivalının Təşkilat Komitəsi Zaranı Bakıya gətirəcəklərini deyir. Yəni,  ictimai rəyə əhəmiyyət vermədiklərini, ölkə ictimaiyyətinin nə düşündüyünün onları maraqlandırmadığını nümayiş etdiriblər.

Maraqlıdır niyə? Bu Zara kimdir ki, israrla onu Azərbaycana gətirib oxutdurmaq istəyirlər? “Mənim Ermənistanım” dünyaya car çəkən birini kürd kimi təqdim edib Bakıya gətirmək kimə, nəyə lazımdır?

Bu suallara əlbəttə, müxtəlif cavablar var. Millət vəkili Qüdrət Həsənquliyev bunun hakimiyyətə qarşı təxribat olduğu düşüncəsindədir. Moderator.az-a açıqlama verən Qüdrət Həsənquliyevin fikrincə, Zara heç də öz xoşuna  gəlmir, məqsədli şəkildə, bilərəkdən Bakıya göndərilir.

"İşğalçı ordunun əsgərləri ilə şəkil çəkdirən, Ermənistanı tərifləyib, işğalı pisləməyən qadının Bakıya göndərilməsi son zamanlar baş verən hadisələrin davamıdır və iqtidarın ictimai dayaqlarının sarsıdılması üçün edilir. Sözsüz ki, siyasətdən uzaq təşkilatçı artistlər bunun fərqinə vara bilməz. Digər rəsmilər isə qorxularından reaksiya verə bilməyiblər" - deyə Qüdrət Həsənquliyev bildirib.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə mia.az- a bildirib ki, bu gün Zaranı Bakıya gətirənlər Azərbaycan xalqını qeyrətsizləşdirməyə cəhd edirlər: "İndi erməni müğənni Bakıya gəlib çalıb-oxuyacaq. Ermənilər də baxıb deyəcək ki, bunlar nə arsız millətdir. Ermənilər Kəlbəcərdə yol çəkir, Cəbrayılda məscid, Şuşada otel tikirlər, amma bizimkilər Zaranı Bakıya gətirir. Bəzi ictimaiyyət nümayəndələri, siyasilər bunu tolerantlıq nümunəsi kimi qələmə verməyə çalışırlar. Nəyə tolerantıq? Biz niyə ermənilərə tolerantlıq göstərməliyik? Paşinyanın verdiyi bəyanatlar kifayət eləmir?”.

Partiya sədri hesab edir ki, Azərbaycan ictimaiyyəti buna təpkisini göstərməlidir: "Biz milli qürurumuzu, milli qeyrətimizi özümüzə qaytarmalıyıq. Bu nə qeyrətsizlikdir ki, millətə aşılayırlar? Məncə, qeyrətsiz yaşamaqdansa, ölmək lazımdır. Bu dəqiqə erməni girovluğunda nə qədər qız-gəlinimiz var. Belə olan halda Zaraların Bakıda nə işi var? Artıq yetər. Ermənilərə qarşı hamımız vahid mövqedə olmalıyıq. Torpaqlarımızı işğaldan azad edək, ondan sonra tolerant olarıq. Kim kimin qohumudur, dostudur, özü bilər. Biz milli qeyrətimizə zidd olan addımlara qarşı çıxmalıyıq. Mövqeyimizi ortaya qoymalıyıq”.

Sonda qeyd edək ki,  “Jara” adlı festival dövlət tədbiri deyil, kommersiya layihəsidir. İştirakçıları da Azərbaycan dövləti, hökuməti deyil, təşkilatçılar müəyyən edir. Ona görə də, bu məsələdə dövlətdən, dolayısıyla hökumət təmsilçilərindən hər hansı mövqə gözləmək yersizdir. Hətta rəsmilərin hər hansı fikir bildirməsi doğru olmaz, Azərbaycan dövlətinin beynəlxalq imicinə xələl gətirər.

Ancaq  ictimaiyyət təmsilçiləri, ziyalılar, siyasi partiyalar, deputatlar, QHT-lər və media açıq şəkildə etirazını ortaya qoymalıdırlar. Başqa vaxt vətənpərvərlikdən dəm vuranların, xaricdə hansısa tədbirdə bir erməni ilə yanaşı oturanları "ermənipərəst" adlandıranların işğalçı ordunun əsgərləri ilə şəkil çəkdirən,  “Mənim Ermənistanım” mahnısı ilə də tanınan birinin rayonlarımızın bir-birinin ardınca işğal olunduğu günlərin ildönümünə təsadüf edən bir dövrdə Bakıya gətirilib oxutdurulmasına susması heyrət doğurur. Xüsusən də "millətçi", "dövlətçi"  media rəhbərlərinin, QHT sədrlərinin, deputat və ziyalıların...

Nə qiymətli Zaraymış!

Rasim

AzPolitika.info

635x100

Şərhlər

Yasin-ə 2018-07-27 00:35:00

Nə qədər ki, belə xalq artistlərimiz,ölkə daxilində Statistikada deyildiyi kimi 30 min ermənilərimiz( üstəgəl onlardan olan uşaqar) içərimizdə olacaq, yalan tolerantlığı boynumuza qoyacaqlar belə halların təkrarlanması labüddür. Zaranın guya ki,kürddür deyilməsi də Sizi çaşdırmasın.Mqoyan kürd soyadı deyil! Bir də ki, ermənilər və yezidi kürdlər də eyni soydur.

Yasin 2018-07-27 00:35:00

ERMƏNİYƏ GÖRƏ XALQA GÜC GÖSTƏRİLƏCƏK? BAŞA DÜŞMƏDİM,BURA DÜŞMƏN OLKƏ ERMƏNİSTANDIR,YOXSA AZƏRBAYCAN?

Mehdi 2018-07-27 00:35:00

BUNU EDƏNLƏR BİZİM MİLLƏTDƏN DEYİLLƏR

səlim 2018-07-27 00:35:00

Nə qədər ki,mənliyi olmayan məmurlarımız var,torpaqları geri qaytarmağöımız da çətin olacaq.Jara 2018-in biletlərinin qiyməti 50-500 manatdır.Kim o konsertə gedəcək? .....

turan 2018-07-27 00:35:00

cənab duputat çox yaxşı bilirsən ki,zaranı kim Bakıya göndərir,sadəcə olaraq heç kimin cürəti çatmır deməyə.......

Tağı 2018-07-27 00:35:00

Zaranı Emin gətirir...

Rauf 2018-07-27 00:35:00

Sərhəd xidmətində qeyrətli olan onu burqdmasın. Acınacaqlı haldır.. Erməni fahişəsi gəlib burda oxuyacaq.. Gecə bəlkə də hansısa məmurun qucağında yatacaq..ama özün hər halda o qədər alçaltmaz, axı o bura milləti, xalqı alçaltmağa gəlir, alçalmağa gəlmir.. Gəlib oxuyub, oynayıb, əylənib pulun alıb gedəcək.. Yəni alçalmış millətdən toplanan puldan buna çatan qanorarın.. Və sabah həmin pul hesabına alınmış güllələr bizə, əsgərlərimizə tuşlanacaq. Ar olsun bizə və onun konsertini dinləyənlərə və bura gətirənə

ayzek 2018-07-27 00:35:00

ZARAYA GÜLDƏN AĞIR SÖZ DEYƏN QARŞISƏNDA "GÜC" GÖRƏCƏK.SUSUN OTURUN YERİNİZDƏ!

o.b.n 2018-07-27 00:35:00

«JARA Xəbər agentliyi:bu gecə ermənilər 95 dəfə AZƏRBAYCAN kəndlərini atəşə tutub.Bu gün BAKUda oxuyur erməni zARA və kİRXF 45 000 tamaşaçı sürəkli alqışlarla qarşıladı tamaşıçılar arasında xeyli siyasətçiklər və saray arttistləridə varidi hansıki, kirxofun bakıya gəlişi üçün uzun illər yüz don soyunub.» Böyük Allah döyüşdə ölənlərimizə rəhmət etsin./

R-n 2018-07-27 00:35:00

Yene kor ati minib kondelen capirlar.Bu hoggalarin yiyesi Emindir,niye onun adini cekmeye gorxursuz.Sasini da o getirmishdi,gara siyahida olan adami.Ne millet,ne ganun tanimadi.Sasi ise eceb elemishem deyib tehgir etdi bizi.Oturub kule fisgirirsiz,patriotlar...

AZərbaycanlı 2018-07-27 00:35:00

Hörmətli deputat,Zaranın məqsədli şəkildə Bakıya göndərildiyi sizə bəllidirsə,niyə müvafiq orqanlara məlumat verib,hava limanından geri qaytarılmasını tələb etmək əvəzinə saytlara yazılar göndərib milləti qıcıqlandırırsınız? Ayıb deyilmi?Axı Siz bir vətəndaş kimi belə etməliydiniz.Bəs Siz nə edirsiniz və kimə xidmət edirsiniz?....Niyə belə etmədiniz?AXı Zaranın geri qaytarılması bir problem deyil və asan bir işdir.

Sabirə Səbr 2018-07-27 00:35:00

Sarı ТELƏ vurdunuz. Olgün milli biganəlik hokm sürür. Koçərуan və Sərkisуan kimilərini bizim dünуaуa səslənən general, ozünü qoruуa bilməуən polisimiz çoxdan тuтub(Mənuçohr kimi) mühakimə eтməliуdi ki, bu iş jurnalisт Paşinуana qalmasın? Qara quтu kimi hər kələfi oz əlimizlə vermişik. Qardaş RF уenə gosтərir ki, dalıb milli haqqlarınızı ucuz siуasəтə paуlamaуın! Bir mügənni deуil, 15 milуon əcnəbi erməninin belə Azərbaуcan hüququna dəxli уoxdur! Haqq-ədaləт kəskin тələb edilməli və daim qorunmalıdır!

Aqsaqqal 2018-07-27 00:35:00

Zara meselesi bizim bəzi kəsimin bambililiğınin ozumuze eyani subutundan bawqa bir wey deyil!Nigaranciliqa esas yoxdur.

Qərbi AZƏRBAYCANLI 2018-07-27 00:35:00

Məndən anası və qohumları erməni olanlar, qanında ... olanlar incisələr də deməliyəm ki, erməni bizim əbədi düşmənimizdir. Dədə-babadan rəhmətlik böyüklərimiz həmişə bizə deyiblər ki, "erməni xain millətdir, namərd millətdir, torpaqlarımıza göz dikən millətdir və ən nəhayət ermənini qapında gör". Daha nə istəyirsiniz. İndi də uzun illərdir torpaqğımızı işğal etdirib şərəfsizcəsinə oturublar torpaqlarımızda. hansı....bu axçini də fırladıb gətirib Bakımıza. Buna qətiyyən yol vermək olmaz.

Mahir Əliyev 2018-07-27 00:35:00

Mən inanmıram ki, hökumətin rəyi olmadan belə bir düşmənimizin Bakıya gəlməsinə razılıq verilə.

miri 2018-07-27 00:35:00

Bu erməni-kurd klanını üzvlərinin qohum əqrəbalari ilə kef çıxarmağa başqa yerləri yoxdur? Burda millətin bütün haqlarını əlindən alıb, sərvətini çapıb talamaqlari bəs etmir kimi, hələ evinin içində düşmənləri ilə qol qola verib kef kimi demarş ancaq onu aşağılamaq hesablanıb. Özüdə bu hərəkəti hansısa qeyri hökumət təşkilatı və ya hansısa musiqi menecmenti üzərinə surusdurmək yersizdir....

TALİS 2018-07-27 00:35:00

ZARA GƏNCƏ HADİSƏLƏRİNİ NEYTRALASDİRDİ

Adil 2018-07-27 00:35:00

Bax milləti içimizdəki ermənilər belə sindırırlar.Yəni millət bir az başını qaldıran kimi bütün narazılıqları ən rəzil formada qarşılayırlar.

alı 2018-07-27 00:35:00

Bu millətin bu qədər etirazı bir erməni fahişəsinin Bakıya gəlməsinə maneə ola bilmirsə .... ....Erməni əlində bonba qəlmirsə deməli düşmən deyil?..... ..Bu boyda LƏLƏTƏPƏ qələbəsini 1 erməni fahişəsi bizim millətin içərisindəki bəzi .... hesabına BİR GÜLLƏ ATMADAN bizə haram eləmək istəyir...

Mirz AĞ 2018-07-27 00:35:00

Yaxşı də, o zaman kimdir onu göndərən?

Sabir 2018-07-27 00:35:00

Düzgün iş deyil bu. Bu qədər pisliyin qabağında zəiflik yaramaz. Düşmənlə düşmən kimi rəftar etmək lazımdır. Neçə ki onlar bizimlə rəftar edirlər. ... Bu qədər tökülən şəhidlərimizin qanından sonra belə şeyə yol veririksə onda biz heç vaxt düzələn deyilik. Bu millətimizə qarşı təhqirdir. Ümumiyyətlə torpağının 20 faizi düşmən tapdağı altında olan millətə belə konsertlər yaramaz.

Müfəttiş 2018-07-27 00:35:00

Zaranı Bakıda görmək istəyən eks yeznəmiz Emin Agalarovdur. AzPolitika, indi cəsarətin varsa bu komenti ver getsin.....

Abit 2018-07-27 00:35:00

.. qoymayın da .Başqa vaxtı qeyret namus.Zaranı oxutmaq yox ....

SUAL 2018-07-27 00:35:00

..ROZA İSƏ ARTİQ BAKUDA, ABİ NƏ YAPAQ YA?

NURəddin 2018-07-27 00:35:00

BU MOSKVANIN BAKIYA ZOR TƏTBİQ ETMƏSİDİR......

İ.Şərurlu 2018-07-27 00:35:00

Bir neçə erməni mügənni dəfələrlə dəvəт olunub ..... Siуasəтçi, "vəтəndaşımız olmaq isтəуən", icтimaiууатçi və digər ermənilər son 15-25 ildə dəfələrlə Bakıуa gəliblər. Hamısı da normal qəbul edilib və уola salınıb. Уalnız birinə Qarabag qaçqını bir sillə vurub. ....

Əhməd 2018-07-27 00:35:00

Filip dədəsi erməni Kirokosu da Zara ilə birlikdə gəldikləri yerə göndərmək lazımdır.Niyə bunlara söz deyən yoxdur kimə lazımdır o jara.Söz tapmaq olmur

Baba 2018-07-27 00:35:00

GÖRƏSƏN BU ZARA MƏSƏLƏSİ NİYƏ ATILDI ORTAYA?

bisavad 2018-07-27 00:35:00

Torpaqlarımızın 20%-ni işğal edən Robert Köçəryan, Seyran Ohanyan, Serj Sarksyanın və varlanmaq həvəsinə düşən ermənilərin iştirakı ilə yaratdığı hərbi xuntadır. Onlar nəinki bizim torpaqları hətta bütün Ermənistanı işğal etmişdilər. Ermənistanda onların törətdiyi haqsızlıqların əleyhinə çıxanları güllələmişdilər daha doğrusu milliyətindən asılı olmayaraq insan qanına susmışdılar.Deyəsən indi onların gördüyü işlər haqq ədalət tərəzisindən keçirmək istəyirlər. ...

Son yazılar