Azərbaycanlı merin qatilinin tapılması üçün mükafat təyin edildi

Ukraynanın Kremençuk şəhərinin meri Oleq Babayevin qətli ilə bağlı aparılan istintaqın qatilin izinə düşməsinə kömək edəcək istənilən informasiyaya görə Babayevin dostları 100 min qriven mükafat vəd edir.

Musavat.com-un Ukrayna KİV-ə istinadən verdiyi xəbərə görə, mərhum merin dostlarının yaratdığı xüsusi fonda yığılan 100 min qrivendən qat-qat çox ianələrin köçürüləcəyi gözlənilir.

Polis Oleq Babayevin qətlini sifarişli hesab edir. Bunu qətlin soyuqqanlıqla həyata keçirildiyi təsdiqləyir. Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Geraşenkonin sözlərinə görə, merə iki silahdan atəş açılıb. Bu isə o deməkdir ki, böyük ehtimalla, iki qatil olub.

DİN əsasən 4 versiya üzərində işləyir: bunlar Babayevin şəhər başçısı postundakı fəaliyyəti, onun biznes işləri və məişət səbəbləri ilə bağlı versiyalardır. Terror aktı variantı da istisna olunmur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar