Heydər Əliyev çıxışımı eşidib, onu danlamışdı!

Dərc olunub: 26/07/2018 - 21:32
|
Bölmə:
1113 dəfə baxılıb

xeyreddin_qocaXeyrəddin Qoca

Yazmasam ürəyimdə qalacaq. Həyatımda ilk dəfə 50 illik yubileyim Rəşid Behbudov adına Mahnı Teatrında keçirildi. Onda həm deputat idim, həm də İstanbulda baş konsul idim. O vaxta qədər ad ğünü də keçirməmişdim…Qəzetlər yazdı, televiziyalar xəbər verdi.

55 yaşımda Bakı Muğam Teatrında yaradıcılıq gecəm keçirildi, qəzetlər yazdı, AzTV 1 saat veriliş verdi.

60 illik yubileyim Azərbaycan Yazıçılar Birliyində keçirildi, yenə qəzetlər yazdı, televiziyalar xəbər verdi. Mənə həsr olunan iki televiziya filmi çəkildi. Dəfələrlə nümayiş olundu. İTV -də haqqımda 1 saat canlı yayımla veriliş efirə verildi.

Amma doğulduğum Ağdaş rayonunda keçmiş ” kiçik padşah” dedi ki, “Prezident Aparatından burada sənin yubileyinin keçirilməsinə icazə vermirlər.” Halbuki həmyerlilərim bunu istəyirdilər… Azərbaycan Yazıçılar Birliyinin qocaman katibi İcra başçısına zəng vurub yubileyimi keçirmək istədiklərini bildirmişdi!

Çünki qayda idi, Bakıda yubiley keçiriləndən sonra yazıçının doğulduğu rayonda, şəhərdə də tədbir keçirilirdi… Halbuki, mən yubileydən-filandan ötrü ölənlərdən deyiləm!

65 illik yubileyim Beynəlxalq Muğam Mərkəzində keçirildi. Yenə qəzetlər yazdı haqqımda kitab buraxıldı… Ümumiyyətlə, haqqımda 3 kitab, iki film, yüzlərlə məqalə işıq üzü ğörüb.

2010-cu ildən indiyədək ürəyimdə qalıb: 60 illik yubileyimin doğulduğum rayonda keçirilməsinə maneçilik törədən Prezident Aparatının işçisi kimdir? Bəlkə indi işindən uzaqlaşdırılan (ondan razı olan görmədim. Çox yaxşı oldu!) humanitar şöbəyə rəhbərlik edən qadın idi o?

Belədirsə, rəhmətlik Heydər Əliyev demişkən, ona baş qoşmağına dəyməz! Hərçənd, mən onun kimliyi haqqında bir dəfə ANS-də danışmışdım, H. Əliyev də çıxışımı eşidib, onu danlamışdı! Çünki o, Milli Akademik Dram Teatrından mənim tamaşaya hazırlanan pyesimin məşqlərini saxlamışdı!..

P.S. Yazı nasir, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xeyrəddin Qocanın “facebook” səhifəsindən götürülüb. O,  yazını “YADIMA DÜŞDÜ…” başlığı ilə paylaşıb








loading...


Fikrinizi bildirin