Sumqayıtda azyaşlı qız 4-cü mərtəbədən yıxılıb

Sumqayıt şəhər sakini 2016-cı il təvəllüdlü Ağaliyeva Ayan Emil qızı yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılıb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 10-cu mk ev 62, mənzil 22 ünvanında qeydə alınıb.

Belə ki, azyaşlı nəzarətsiz qaldığında evin pencərəsinə çıxıb və hündürlükdən yerə dəyib. Ən dəhşətlisdi də odur ki, 2 yaşlı qız 4-cü mərtəbədən beton üzərinə düşüb.

Uşaq yaxınları tərəfindən dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının zədə məntəqəsinə çatdırılıb. Onun müxtəlif dərəcəli bədən xəsarətləri aldığı deyilir. Həkimlərin verdiyi məlumata görə, hazırda uşaq tam nəzarət altında müalicəsini davam etdirir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar