Tramp ABŞ və Aİ arasındakı «məhəbbət»dən dəm vurub! - Öz «Tvitter»ində...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp öz «Tvitter»ində ABiŞ-la Avropa İttifaqı (Aİ) arasında isti münasibətlərdən söhbət açıb.

«Doğrusu, şəkildə Jan-Klod Yunkerlə təqdim olunmuş Avropa İttifaqı və sizin müti nökəinizin şəxsində təmsil olunmuş ABŞ bir-birini sevir!» - deyə, ABŞ lideri yazıb.

Bundan əvvəl, Yunker və Tramp Vaşinqtoda əməkdaşlığın yeni fazasını - «sıx dostluq,  güclü ticarət münasibətərini» işə salmaq məqsədilə görüşüblər. Avroittifaq və ABŞ bir sıra razılaşmalara gəliblər, onlarn arasında sənaye mallarına rüsumların sıfırlanması, ABŞ-dan Aİ-na STQ idxalının genişlənmə imkanları (sıxılmış təbii qaz) istiqamətində işlər, soya dənələrinin idxalının artıralması məsələləri da var.

«Biz, razılığa gəldik ki, standartlar üzrə sıx dialoqu işə salaq ki, ticarəti asanlaşdıraq və bürokratik manələri və xərcləri azaldaq» - deyə, Avropa Komisiyasının yaydığı bəyanatda bildirilir.

Öz növbəsində, Yunker qeyd edib ki, Avropa və ABŞ-n transatlantik həmkarığı «qlobal sabitliyin» pərsəng yükü olaraq qalmalıdır.

Onun fikrincə, məhz ABŞ-n sayəsində Avropada sülh bərpa olunub, transatlantik münasibətlər isə qlobal sabitliyin və çiçəklənmənin əsasını təşkil edib.

«Bu, əvvəlki dövrdə olduğundan da vacidir» - deyə, Yunker qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar