"Sağlam Yaşa" Astarada əhəmiyyətli tədbir keçirib

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 25 iyul 2014-cü il tarixində Astara şəhərində “Zərərli vərdişlərin fəsadları barədə gənclər arasında bilik və məlumatların artırılması” mövzusunda tədbir keçirmişdir.

Tədbiri giriş sözü ilə birliyin sədri Həbibə Qəribova açaraq tədbir iştirakcılarını salamladı, narkomaniya, siqaret, alkaqol və s. zərərli vərdişlərin fəsadları barədə geniş məlumat verdi.

Sonra Astara Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İlqar Cəfərov çıxış edərək mövzü ətrafında fikirlərini bildirdi və gənclərə öz tövsiyyələrini verdi.

Rayon səhiyyə idarəsinin nümayəndəsi, həkim-terapevt İmamverdiyeva İradə problemin aktuallığından danışdı və onun fəsadları barədə geniş məruzə etdi.

Tədbirin sonunda Astara Rayon İcra Hakimiyyətinin nümayəndəsi Emin Fətəliyev cıxış edərək bu cür tədbirlərin maarifləndirici əhəmiyyətindən danışdı və ictimai birliyinin nümayəndələrinə bu kimi tədbirlərin davamlı xarakter daşımasını arzuladı.

Tədbirin sonunda  iştirakçılara maarifləndirici bukletlər və zərərli vərdişlərin mövzusu əks olunmuş köynəklər paylanmışdır. Son olaraq birliyin nümayəndələri şəhər parklarında gənclər və ictimaiyyət nümayəndələri ilə maarifləndirici söhbətlər etmiş və bukletlər paylamışlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar