İSMAYILLININ PROKURORU DA HƏBS OLUNDU - Külli miqdarda rüşvət alıb

İki gün öncə vəzifəsindən çıxarılan və böyük köməkçisi həbs edilən İsmayıllı rayon prokuroru Ülvi Abbasov da saxlanılıb.Prokuror Ü.Abbasovun barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, təcridxanaya köçürülüb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov faktı təsdiqləyib.

Qeyd edək ki,Ü.Abbasov da köməkçisi Faiq Quliyev kimi külli miqdarda və təkrar rüşvət almaqda ittiham edilib.

Baş Prokurorluğun yaydığı məlumata görə, adıçəkilən vəzifəli şəxslər iş adamları Azad Əliyev və Qalib Süleymanovdan Göyçay və İsmayıllı rayonlarda qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı aparılan araşdırmalar zamanı onlar barəsində cinayət işi başlanmaması üçün külli miqdarda rüşvət alıb. Hər iki biznesmen karxana sahibi olublar. Bu məsələ ilə bağlı araşdırmalar isə Göyçay rayonunda körpünün uçmasından sonra başlanılıb və məsələ prezident İlham Əliyevin nəzarətindədir. Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ülvi Abbasov 2016-cı ildə baş prokuror Zakir Qaralovun əmri ilə İsmayıllı rayon prokuror təyin edilib. Ondan əvvəl isə Binəqədi rayonunda prokuror köməkçisi kimi çalışıb.

635x100

Şərhlər

elsen-ismayilli 2018-07-27 12:57:11

bu prokuroru iceri soxduran icra bascisi oldu. aralarinda ixtilaf vardi.ancaq icra bascisini da cixardacaqlar-............bir nəfəri delixanaya soxdurub....

ali 2018-07-27 12:57:11

NORMAL KISIDIRSE MERDI MERDANE MILLETE,VETENE,PREZIDENTE XIDMET ETMELIDIR ,YOXSA KI,ALCALA-ALCALA RUSVET ALIB BIABIR OLMAMALIDIR.............

Koxa 2018-07-27 12:57:11

Tək İsmayıllı prakroru yox, çoxş prakror işdən getmelidir özüde ele bu günden

Cəmşid Dərələyəzli 2018-07-27 12:57:11

Maraqlıdı, görəsən bizdə nə vaxta kimi cəzanı hər bir işdə, bir başa günahı olan şəxs alacaq. Deyildiyi kimi, Adı çəkilən körpünün uçmasını nəzarətə götürən Cənab Prezidentin tapşırıqlarına nə vaxta kimi belə yanaşılacaq. Nədən Körpünü tikən idarənin başçısının, mühəndisinin adı çəkilməsin Odur ki də bütün bu hallar ictimayyətdə ədalətə qarşı haqlı inamsızlıqlar yaradır və bu nədən də, hər cür belə hadisələrə şou kimi baxılır.

Şərhçi -Suala 2018-07-27 12:57:11

Şahinin latınca oxuya bilməyən qardaşı İbadov Elşadı Şəki kimi böyük bir şəhərin Bələdiyyəsinin sədri təyin ediblər ? Maraqlıdır, nə üçün aidiyyatı qurumlar belə halları araşdırıb, Ölkə Başçısına məlumat verməyirlər ? Yerində olmayan kadrlar yalnız öz maraqlarını üstün tuturlar,bu səbəbdən yerlərdə cinayətlər Ölkə Başçısından cizlədilir.Bütün işləri kadr həll etdiyindən,düzgün kadr təyinatına,peşəkarları,əmək sevənləri,dövlətimizin,xalqımızın və öz xidmətləri ilə Rəhbərini sevənləri təyin etmək lazımdır.

yasar 2018-07-27 12:57:11

bizim olkəmizdə prokurorun rusvət almasina səzsən mən inanmiram. gorəsən nəsə basqa xətasi var. məsələn ismayilli caxnasmasina gorə istintaq sirrini yaymaq ola bilərmi?

SUAL 2018-07-27 12:57:11

YOL İDAEƏSİNİN RƏİSİ SAHİN ADLİ SƏXS RAYONDAN ƏLAVƏ BUTUN CAYLARA QAN UDURUB, CİNQİL NƏDİ TOZ YERDƏ QOYMAYİB BEYNƏLXALQ BANKDAN MİLYON MANAT ALİB XƏRCLƏYİB. BƏS ONA GOZUN USDƏ QASİN VAR DEYƏN VARMİ? ƏKSİNƏ AZƏRYOLUN SUMQAUİTDAN TUTMUS QUSARA QƏDƏR YOLUNA NTCƏ NƏZARƏT EDİR?PROKURORLUĞUN YOXSA BU QURUMDAN XƏBƏRİ YOXDU?

BAKILI 2018-07-27 12:57:11

He nooooolsun

G.M 2018-07-27 12:57:11

Ay insafsızlar.Aldığınızın hamısını cibinizə basanda bilmirdinizmi,dəriniz boğazınızdan çıxarılacaq.Siz nə savadsız,nanukor adamlarsınız.Xalqın pulunu özünüzə götürmək istəyirsiniz.Bəlkə bu pulları Xalqa siz vermisiniz.Bəlkə bu vəzifəni sizə pulnan veriblər.Bəlkə sizdən pul istəyən olub.Bəlkə sizi rüşvətə,karrupsiyaya vadar edən kimsə olub?

Müfəttiş 2018-07-27 12:57:11

Belələrinin mələk simasına baxıb aldanmayın.Allah göstərməsin balaca bir işə görə adamın evini satdırarlar.

EWDER 2018-07-27 12:57:11

AZERBAYCANDA QURULAN SISTEM BUDUR...WIRPKO WAQAYET AZEBIJAN...URA TOVARIWI...YAWASIN EWDER OL...ELE IDARE,ELENAZIRLIK YOXDUR KI,KORRUPSIYA,RUWVET OLMASIN......

Sedaqet 2018-07-27 12:57:11

Novbeti qurban...... bu cavan oglan oz bashina bu boyda ....yemezdi . prokurorda rushvetxor olar? ....

NURəddin 2018-07-27 12:57:11

....MƏN ANLAYA BİLMİRƏM. İNSAN OLAN KƏS NECƏ PUL ALIB HAQQA NAHAQ DEYƏ BİLƏR? BUNU EDƏ BİLƏNLƏR VARMIŞ. ORTA ƏSRLƏR OLSAYDI BUNLARIN İKİSİNİ DƏ QAYNAYAN QURĞUŞUN QAZANINA ATARDILAR. ÖZ ƏLLƏRİMLƏ QAZANA İTƏLİYƏRDİM.ALLAH KAŞ QİYAMƏT GÜNÜ BU CÜR ADAMLARIN CƏZASINI MƏNƏ TAPŞIRA.ELƏ BİLMƏYİN Kİ, MƏN ƏZAZİL ADAMAM.YOX, ƏDALƏT BUNU TƏKİDLƏ TƏLƏB EDİR.

Son yazılar