Cahangir Hacıyevə yeni cinayət işi açıldı

“Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyevə qarşı yeni cinayət işi başlanılıb.Bankdakı mənbənin “Qafqazinfo”ya verdiyi məlumata görə, sabiq rəhbər C.Hacıyev bu dəfə də mənimsəmədə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xəbərə görə, C.Hacıyev bankın Moskva filialındakı yeyintilərlə bağlı dindirilir. Onun həmin filialda maxinasiya edərək dövlətin və bankın pulunu öz şəxsi mənafeləri üçün mənimsədiyi iddia olunur. Hazırda istintaq bankdakı sənədlər və pul köçürmələri əsasında araşdırmanı davam etdirir.

C.Hacıyevin vəkili Aqil Layıcov “Qafqazinfo”ya açıqlamasında belə bir məlumatdan xəbərsiz olduğunu bildirib: “İstintaq bundan əvvəlki işdə Cahangir Hacıyevin 2001-2015-ci illərdəki fəaliyyətini araşdırıb və bununla bağlı hökm də verilib. İndi cinayət işi açılıbsa belə, hansı dövrü araşdıracaqlar? Onun işdən çıxandan sonrakı dövrünü?”

Qeyd edək ki, C.Hacıyev 2015-ci ildə eyni maddə ilə ittiham edilərək həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun apellyasiya şikayəti təmin edilməyib.

635x100

Şərhlər

Bahara 2018-07-27 14:22:25

Hələ SSRİ dovründən zəmanəт səlahiууəтli уuxarı və alтa oтürərdi, dolaşanda isə bir-iki kiçik personalın adına silərdilər. Bir Balinanı rəqibi vurmaq isтəуəndə isə büтün cinуaтləri onun adına уazardılar, vəssalam. Niуə də hamını zəlil-məhv eməli? Buxarlanmış büтün maliууəni C.Hacıevin ailəsinə silmək daha "saf-ədaləтli", rasonal gorünmürmü?

məmmədqulu 2018-07-27 14:22:25

...Ən yüksək Oliqarxlar da BB milyardlarla kreditləri götürdülər. O da gün kimi aydın idi ki, bu kreditlər heç vaxt qaytarılmayacaqdır. Sağ olsun Şapka Mamed indi BB borcu varım Saturn planetinə gedib. C.Hacıyev sadəcə olaraq, bu böyük oyunda (söküntü-dağıntıda) bıl kozlom otpuşeniya.

Bahar 2018-07-27 14:22:25

Hökm olunan insana yeni iş açıla bilməz. Moskva filialın rəhbərliyi yoxdur ki Cahangir Hacıyev cavab versin? Hər bir filialın rəhbəri də cavab verməlidir! Haciyev 4 ildir ki bankda işləmir və hər bir filiala cavab verə bilməz!

Şəkidən 2018-07-27 14:22:25

ABB-keçmiş sədri həbsdə olmasına baxmayaraq,onun himayəsində olan "Şəki-Bazar"ASC-də yenədə özbaşnalıqlar hökm sürür,gündəlik toplanılan xidmət pullarının 90%-i mənimsənilir,yerdə qalan 10%-isə hesaba daxil olur,o da qanunsuz əmək haqqı hesabına silinir. "Şəki-Bazar"ASC-nə qanundan başı çıxmayan,Mollalıqla məşğul olan Eldəniz adlı şəxsi Direktor vəzifəsinə təyin ediblər,nə soruşsaq deyir ki,mənlik deyil,bəs kimlikdir ? Baş mühasib vəzifəsinə "Dəmirçi" Səmayili təyin etməklə Səhmdarların hüquqlar.məhv edibl

Son yazılar