Orxan Zeynalovun vəkili danışdı - Video

"Qərarı yazılı şəkildə alan kimi, dərhal apellyasiya məhkəməsinə müraciət edəcəyik”

Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun cinayət işi üzrə növbəti məhkəmə prosesi bir az əvvəl başa çatıb.

ANS TV-nin məlumatına görə, Moskva şəhər məhkəməsinin qərarı ilə Orxan Zeynalov Yeqor Şerbakovu qətlə yetirməkdə təqsirli bilinərək 17 il həbs cəzası alıb.

Prokuror Anastasiya Şpakovskya deyir ki, hakim Orxan Zeynalovun xuliqanlıq səbəbindən adam öldürməsilə bağlı dövlət ittihamçısı tərəfindən irəli sürülən tələbləri qəbul etdi: “Hesab edirik ki, alınan qərar qanuna və ədalətə uyğundur. Cəza müddəti də həmçinin”.

Vəkil Abbasmirzə Abdullayevin sözlərinə görə, Orxan Zeynalovun Cinayət Məcəlləsinin 105-ci maddənin 2 bəndi ilə cəza almasına gətiyyən razı deyilik: “Çünki, bu adi ölüm halıdır. Bizim mövqeyimiz dəyişməyib. Və qərarı yazılı şəkildə alan kimi, dərhal apellyasiya məhkəməsinə müraciət edəcəyik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar