Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr aşkarlanıb

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ-11113-OKA” markalı avtomobilə baxış keçirilib.

Baxış zamanı həmin nəqliyyat vasitəsinin sağ və sol “qanadlarında”, gömrük nəzarətindən gizlədilmiş halda 1332 ədəd “Silver Cracker” markalı pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar