İsrail Trampın xahişi ilə türk qızı azadlığa buraxdı

İsrail hökuməti ABŞ prezidenti Donald Trampın xahişindən sonra HƏMAS hərəkatı ilə əlaqədə ittiham olunan Türkiyə vətəndaşı Ebru Özkanı azadlığa buraxıb.

Bununla bağlı “Reuters” İsrail hökumətindəki mənbəyə istinadla məlumat yayıb.

“The Washington Post” qəzeti qeyd edib ki, Tramp bununla Ankaranın 2017-ci ildə terrorçularla əlaqədə ittiham olunan amerikalı keşiş Endryu Bransonu azadlığa buraxmasına çalışır.

Guya ABŞ prezidenti bu məsələni İsrail baş naziri Binyamin Netanyahu ilə danışıb və ondan Özkanı azadlığa buraxmağı xahiş edib.(oxu.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar