“Putinin ətrafında inqilab yetişir...” - “The İndependent”

İngiltərədə nəşr olunan “The İndependent” qəzetində Rusiya ali rəhbərliyindəki siyasi ovqat barədə maraqlı material dərc olunub.

Musavat.com-un məlumatına görə, “Yeni Rusiya inqilabı: Rusiyanın ali rəhbərliyində parçalanma əlamətləri var” sərlövhəli məqalədə müəllif Toni Peterson yazır: “Alman kəşfiyyatı məlumat əldə edib ki, Kreml daxilində Qərbin sanksiyaları üzündən sərt siyasi kurs tərəfdarları ilə oliqarxlar arasında gərgin mübarizə gedir. Oliqarxlardan bəziləri hətta prezident Putini “tormozlamaq” istəyirlər ki, öz bizneslərini xilas eləsinlər”.

Məqalədə bildirildiyinə görə, alman jurnalı “Der Spiegel” xəbər verib ki, Almaniyanın Kəşfiyyat Xidmətinin başçısı Qerxard Şindler Berlində parlamentin Xarici İşlər Komitəsinin üzvlərinə söyləyib ki, Putinin dünyaya vahid cəbhə kimi təqdim elədiyi hökuməti artıq “tikişlər üzrə sökülməyə” başlayıb. “Bu barədə o, kansler Angela Merkelə şəxsən məlumat çatdırıb”.

“Almaniya kəşfiyyatının informasiyasına görə, tam mümkündür ki, Avropa İttifaqının sanksiyalarından narahat olan bir sıra oliqarxlar öz iqtisadi maraqlarını siyasi maraqlardan üstün tutmağa və Kreml başçısını durdurmaq üçün cəhdlər eləməyə başlayacaqlar” – yazır “Der Spiegel”. Cənab Şindler deyib ki, Rusiya ali rəhbərliyi daxilində belə fikir ayrılığı Ukrayna böhranının başlanğıcında mövcud olmayıb”, - deyə məqalədə vurğulanır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar